Azərbaycandakı magistral yolların başlanğıc nöqtəsi haradır? Ekspert AÇIQLADI
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Respublika əhəmiyyətli magistral avtomobil yollarının başlanğıc nöqtəsi ilə bağlı maraqlı məqam açıqlanıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə məlumat verib.
Ekspert bildirib ki, “Avtomobil yolları haqqında” Qanunun 24-cü maddəsinə əsasən, ölkədə bütün əsas magistral yolların başlanğıc nöqtəsi paytaxtın mərkəzində yerləşən “Azadlıq” meydanı hesab olunur.
Onun sözlərinə görə, bu yanaşma yalnız rəmzi xarakter daşımır. Belə ki, məsafələrin hesablanması, yol infrastrukturunun planlaşdırılması və idarəetmə prosesində vahid sistemin formalaşdırılması baxımından bu prinsip mühüm əhəmiyyət daşıyır.
Rauf Ağamirzəyev qeyd edib ki, Bakıdan başlayan əsas magistral istiqamətlər də məhz bu nöqtədən hesablanır. Bunlara M-1 (Bakı–Quba–Rusiya sərhədi), M-2 (Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi) və M-4 (Bakı–Şamaxı–Yevlax) avtomobil yolları daxildir.
Ekspert vurğulayıb ki, vahid başlanğıc nöqtəsinin müəyyən edilməsi ölkə üzrə nəqliyyat sisteminin koordinasiyasını asanlaşdırır və idarəetmədə dəqiqliyi artırır. Onun sözlərinə görə, bir çox vətəndaşın hər gün yanından keçdiyi Azadlıq meydanı əslində Azərbaycanın bütün yollarının başlanğıc nöqtəsi hesab olunur.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 16 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















