Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq!”
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Azərbaycanın sabit inkişafı naminə bundan sonra da qardaşlarını dəstəkləyəcək. SİA xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin Yeni il müraciətində deyilir.
O, Ankara və Bakının siyasətinin “Bir millət, iki dövlət” tezisi üzərində qurulduğunu vurğulayıb. “Biz təhlükəsizlik və əmin-amanlıq məsələlərində Türkiyə ilə Azərbaycan arasında fərq qoymuruq. Biz Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq!” - deyə milli müdafiə naziri bildirib.
Y.Güler iki ölkənin tarixi dostluq və qardaşlıq bağlarına diqqət çəkib.
O, həmçinin “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
“Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxlu sayda insan tələfatı ilə bağlı dərin kədər hissi keçiririk. Həlak olanların doğmalarına və yaxınlarına, dost və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Biz zərərçəkmişlərin tezliklə sağalacağına ümid edirik”, - deyə türkiyəli nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 31 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















