Rəsmi Ankara: Bundan sonra da fələstinli qardaşlarımızın yanında olacağıq
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq arenada təcrübəsini və liderliyini bir daha nümayiş etdirib.
Globalinfo.az xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
“Bu gün Qəzzada atəşkəs razılaşması ilə bağlı Misirdə Niyyət Bəyannaməsi imzalandı.
Razılaşma Qəzzada davamlı atəşkəsin təmin olunması, bölgədə sülh və sabitliyin bərqərar olunmasına yönəlmiş diplomatik səylərin mühüm bir dönüş nöqtəsidir.
Cənab Prezidentimiz zirvə çərçivəsində keçirdiyi görüşlərdə Türkiyənin sülh, ədalət və humanitar dəyərlərə əsaslanan qətiyyətli mövqeyini bir daha ortaya qoydu; davamlı sülhün təmin olunması üçün iki dövlətli həllin əhəmiyyətini vurğuladı”.
Rəsmi Ankara bəyan edir ki, Türkiyə ilk gündən etibarən Ərdoğanın liderliyi altında İsrailin Qəzzaya qarşı həyata keçirdiyi soyqırımınım sona çatması, mülki əhalinin qorunması və humanitar yardımların fasiləsiz şəkildə çatdırılması üçün intensiv diplomatik fəaliyyət göstərir.
“Türkiyə Qəzzanın, yaralarının sarılması və fələstinli qardaşlarımızın əmin-amanlıq içində gələcəyə baxa bilməsi üçün məsuliyyət daşımağa davam edəcək; zülmə qarşı, ədalətin tərəfində olacağıq”,– deyə məlumatda qeyd edilib.
Baxış sayı:35
Bu xəbər 13 Oktyabr 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















