“Aston Villa” Avropanın gənc istedadını heyətinə cəlb edir
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
İngiltərənin "Aston Villa" klubu gələcəyə yönəlik mühüm transferi rəsmiləşdirməyə yaxındır. Sport24.az xəbər verir ki, Birmingem təmsilçisi Fransanın "Mets" klubunda çıxış edən, 2009-cu il təvəllüdlü istedadlı hücumçu Brayn Madjonun transferi ilə bağlı razılıq əldə edib.
Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Avropanın ən istedadlı gənc forvardlarından sayılan Brayn Madjonun keçidi "Aston Villa"ya 12 milyon avroya başa gəlib. 16 yaşlı hücumçu ilə İngiltərə klubu 5 il müddətinə müqavilə imzalayıb.
Qeyd edək ki, Brayn Madjo "Mets"in öz yetirməsidir. İngiltərə U-17 millisinin üzvü Fransa klubunda 5 matçda iştirak edib.
Baxış sayı:83
Bu xəbər 09 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















