Icma.az
close
up
RU
Azərbaycandan ABŞ yə pul köçürmələri artıb

Azərbaycandan ABŞ yə pul köçürmələri artıb

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 55,706 milyon ABŞ dolları təşkil edib.

Modern.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,715 milyon ABŞ dolları və ya 23,8% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində ABŞ-nin payı 15,4% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında Amerika Birləşmiş Ştatlarından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 74,134 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 26,153 milyon ABŞ dolları və ya 54,5% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində ABŞ-nin payı 8,7% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan ABŞ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 44,991 milyon ABŞ dolları, əks istiqamətdə isə 47,981 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see428

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see409

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see319

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see314

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see309

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see279

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see244

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see241

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see226

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see218

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see213

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see204

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see203

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see194

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see187

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see177

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see174

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri