Icma.az
close
up
RU
Azərbaycandan İrana təyyarəsi ilə qaçan pilot geri qaytarıldı...

Azərbaycandan İrana təyyarəsi ilə qaçan pilot geri qaytarıldı...

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1976-cı ildə Sovetlər Birliyi ilə İran arasında az qala müharibəyə səbəb olacaq hadisə baş verir. Azərbaycandan Amerika ilə münasibətləri çox yaxşı olan İrana (İranda şah rejimi 1979-cu ildə devrilib – red.) təyyarə ilə qaçış həyata keçirilir. Kiçik An-2 təyyarəsi ilə Zabratdan Lənkəran şəhərinə sərnişin və poçt bağlamaları gətirən pilot Valentin Zasimov sentyabrın 23-də təyyarədə daha sərnişin olmadığı anı gözləyir və Xəzər dənizi üzərindən alçaq hündürlükdə uçaraq, Sovet-İran sərhədindən 50 kilometr cənubda yerləşən Əhər şəhərinə çatır.

İran polisləri onu həbs edən zaman o, Amerika Birləşmiş Ştatlarının Tehranda yerləşən səfirliyindən siyası sığınacaq istəyir. Əlbəttə, Amerika dərhal buna reaksiya verir və ona viza verməyə razı olur.

Zasimov siyasi sığınacaq istəməsinə səbəb isə hansısa intizam tənbehinə görə silahlı qüvvələrdən xaric edilməsini və rütbəsinin aşağı salınmasını göstərir.

Beynəlxalq aləmdə öz gücünü göstərmək və qaçağı nümayişkaranə şəkildə geri qaytarmaq üçün SSRİ İrana misli görünməmiş təzyiqlərə başlayır. Tehran Zasimovu təhvil verməkdən imtina etsə, Moskva pul və silahla İranda yerləşən kürd separatçılarına və İran müxalifətçilərinə dəstək verəcəyini bəyan edir.

Sovet-İran sərhədi qaynar nöqtəyə çevrilmək təhlükəsi ilə üzləşir: SSRİ sərhəddə 180 min hərbçini - 19 motoatıcı, tank və hava desant diviziyasını, 4000-dən çox tankı, 500 qırıcısını və 150 strateji bombardmançı təyyarəsini hazır vəziyyətə gətirir.

Tehrana sərfəli olan 3 milyard dollarlıq müqavilə dayandırılır. İran təkcə SSRİ-dən idxal edilən sənaye avadanlıqlarını deyil, həm də metal və quru meyvə bazarını itirmək təhlükəsi ilə üzləşir. Köhnə poçt təyyarəsi və pilot buna dəyərdimi?

İran rəhbərliyi milli təhlükəsizliyi riskə atmamaq qərarına gəlir və 1976-cı il oktyabrın 25-də Valentin Zasimovu ekstradisiya edir. Heç bir hərbi-siyasi sirr daşımayan pilot Amerikanı da maraqlandırmırdı.

Amerikanın Tehrandakı səfirliyi siyasi sığınacaq üçün heç bir müraciət almadıqlarını bildirir.

İranlılar bəzi reputasiya itkilərinə məruz qalsalar da, Sovet İttifaqı ilə münasibətlərini ciddi şəkildə möhkəmləndirirlər. İrana sovet traktorlarının, yüngül zirehli maşınların və “Strela-2” hava hücumundan müdafiə sisteminin tədarükünə dair yarım milyard dollarlıq müqavilə imzalanır, həmçinin təyyarə parkının yenilənməsi və iranlı mütəxəssislərin SSRİ-də hazırlanması barədə razılığa gəlirlər.

Geri qaytarılan Zosimovu ölüm cəzası gözləyirdi, lakin məhkəmə pilotun xidmətlərini və onun hərbçi yoldaşlarının izahatını nəzərə alır. Nəticədə Valentin Zasımov Cinayət Məcəlləsinin 64-cü maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilir.

O, 1985-ci ildə vaxtından üç il əvvəl azad edilir. Valentin Zasimov 1995-ci ildə vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 İyun 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri