Icma.az
close
up
RU
Azərbaycandan keçən dəhlizi heç bir qüvvə əvəz edə bilmir Ekspert

Azərbaycandan keçən dəhlizi heç bir qüvvə əvəz edə bilmir Ekspert

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü il baş verən münaqişələr səbəbindən dünya iqtisadiyyatında müəyyən geriləmələr müşahidə olunub. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq böhranı dünya iqtisadiyyatına milyardlarla dollar ziyan vurub. Əsas ticarət marşurutlarında baş verən münaqişələr malların kəskin bahalaşmasına gətirib çıxardıb.  
Bəs, bu hadisələr Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
İqtisadçı ekspert Fuad İbrahimov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq böhranı dünya iqtisadiyyatına təsir edir:
“Müəyyən bölgələr və ölkələr çalışır ki, bundan mənfəət götürsün. Digərləri isə əlbəttə ki, bu təsirlərə məruz qalırlar. Rusiya-Ukrayna müharibəsində enerji müstəvisindəki olan sanksiyalar ən böyük Avropa məkanını sarsıtmış oldu. Qaz ixracı ilə bağlı kifayət qədər Avropa iqtisadiyyatında sıxılmalar oldu. Müəyyən qənaət rejiminə keçid oldu. Bu münaqişə davam etdikcə, bu prosesdə davam edir. Kifayət qədər bunu alternativ enerji ilə əvəz olunması istiqamətində sərmayələr yatırılır. Bununla yanaşı bir çox ölkələr sıxılmış qazın bazara daxili olması ilə bağlı infrastruktur dəyişikliklərə gedirlər. Bu da öz növbəsində kifayət qədər sərmayələr tələb edir. Böyük bir region kifayət qədər nəzərdə tutulmayan, proqnozda olmayan, yaxın perspektivdə gözlənilməyən xərclərlə üzləşib. Bununla yanaşı Rusiya-Ukrayna müharibəsi şərqlə qərbin arasındakı olan enerji daşıyıcıları ilə yanaşı, ogistik nəqliyyat dəhlizlərini də iflic vəziyyətə gətirib”.
İqtisadçı diqqətə çatdırıb ki, Azərbaycan ərazisi kifayət qədər elastikliyini qoruyub saxlayır:
“Eyni zamanda nəzər almaq lazımdır ki, bizim də texniki cəhətdən yük aşırma qabiliyyətimizin bir həddi var. Yəni, Avropa ilə Çin arasındakı olan 750 milyard dollarlıq ticarət dövriyyəsi öz üzərimizə götürə bilmərik. Çünki texniki cəhətdən bu mümkün deyil. Bu sahəni şahələndirməliyik və imkanları artırmalıyıq. Maksimal şəkildə bu sahədə proses gedir. Zəngəzur dəhlizini hərəkətə gətirə bilsək, bu da öz növbəsində gördüyümüz işlərə töhfə verəcək. Mükəmməl xarici siyasət və eyni zamanda region ölkələri ilə xoş qonşuluq siyasətimiz  Azərbaycan iqtisadiyyatına çox təsir edir. Zaman nöqtəyi-nəzərindən Azərbaycandan keçən dəhlizi heç bir qüvvə hazırda əvəz edə bilmir. Yəni, bu baxımdan cazibədarlıq daha da artıb. Sadəcə olaraq texniki cəhətdən imkan olmalıdır ki, hər bir istəyi həyata keçirə bilək”. 
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri