Icma.az
close
up
RU
AZƏRBAYCANDAN OV MÖVSÜMÜ NİYƏ HƏLƏ DƏ AÇILMIR? Yaxud ETSNdə qanunsuz olaraq xidmət rəisi vəsifəsi tutan Firuddin Əliyev kimin hesabına “at oynadır”?..

AZƏRBAYCANDAN OV MÖVSÜMÜ NİYƏ HƏLƏ DƏ AÇILMIR? Yaxud ETSNdə qanunsuz olaraq xidmət rəisi vəsifəsi tutan Firuddin Əliyev kimin hesabına “at oynadır”?..

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ovçuluq turizmi hər zaman diqqət mərkəzində olub. Təsadüfi deyil ki, son illər, xüsusilə də ərəb ölkələrindən ov etməyə gələnlərin sayında ciddi artım müşahidə olunur. Əlbəttə, bu, təqdirolunan haldır. Çünki Azərbaycana gələn hər bir turist özü ilə böyük məbləğdə valyuta gətirir ki, bu da turizm sektorunun, ümumilikdə ölkəmizin inkişafına təkan verən amillərdəndir.

Odur ki, ölkəmizdə turizm sektorunun, eynilə ovçuluq turizminin inkişafı üçün elə bir mühit yaradılmalı və qanunlarımız o dərəcədə mükəmməl işləməlidir ki, təkcə hansısa ərəb ölkəsindən deyil, bütün dünya dövlətlərindən Azərbaycana turist axını olsun. Zənnimizcə, bunun üçün ölkəmizin istər qardaş Türkiyə, istər də qonşu Gürcüstan qədər turizm potensialı mövcuddur. Nəzərə alsaq ki, hər iki ölkə büdcəsinin önəmli hissəsini turizmdən gələn gəlir hesabına formalaşdırır, eynilə Azərbaycanda da bu sektoru inkişaf etdirməklə, əhalimizin rifahını daha da yaxşılaşdıra bilərik. Üstəlik, Qarabağın və işğaldan azad olunan rayonlarımızın bərpasından sonra bu sahədə daha geniş imkanlara malik olduğumuz da şübhəsizdir.

Əminliklə deyə bilərik ki, ov turizmi təbii relyefi imkan verən istənilən ölkədə turizm potensialının əsas göstəricilərindən biridir. Lakin, nədənsə, bu il ölkəmizdə ov sezonu hələ də açılmayıb. Xatırladaq ki, adətən, hər ilin sentyabr ayında ov mövsümünə start verilir. Amma COP29-a hazırlıq tədbirlərinin tərkib hissəsi kimi 2024-cü ilin yanvar ayında ölkəmizdə ov sezonu dayandırıldı. Təbii, bu cür mötəbər tədbir ərəfəsində belə bir qərarın verilməsi başadüşülən idi. Lakin, nəzərə alsaq ki, Azərbaycan COP29 tədbirini uğurla başa vurdu, ölkənin, təşkilatçıların, tədbirin hədəflərinin imicinə kölgə salacaq heç bir neqativ hadisə baş vermədi, qonaqlar çox razı halda öz ölkələrinə qayıtdılar, bəs, hələ də ov sezonunun açılmamasının anlamı nədir? Belə anlaşılır ki, fevral ayında ov sezonu yenidən və açılmadan bağlanacaq?!

Qeyd edək ki, məsələ ilə bağlı son günlər redaksiyamıza ovçular tərəfindən də müraciətlər daxil olur. Onlar deyirlər ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ən azı dövlət maraqlarını göz önünə alaraq, bu problemi müsbət şəkildə həll etməli, ov mövsümünü açmalıdır. Şikayətçilər bildirir ki, əslində, ov sezonunun bağlı qalması Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bəzi işbaz məmurların işinə yarayır. Belə ki, onlar maddi maraq qarşılığında istədikləri adama ov etmək şəraiti yaradır, bu məmurlarla “anlaşmayanlar” isə heç bir halda ov ərazisinə buraxılmır. Bu baxımdan, ov sezonu bağlı qaldıqca qanunsuz ovçuların sayı da artmış olur. Üstəlik, bu vəziyyət bir az da davam edərsə, qanunsuz ovçuluq mütəşəkkil forma alacaq və daha böyük neqativ hallara gətirib çıxaracaq.

Ovçular əlavə edir ki, indiki vəziyyətdə qanunsuz yollarla hansısa məmurların cibinə girən pullar ov sezonu açıldıqda ölkə büdcəsinə daxil olacaq. Çünki, bu zaman təkcə əcnəbi turistlər deyil, yerli ovçular da kifayət qədər vəsait xərcləyirlər ki, həmin pullar da hansı məmurların cibinə deyil, bu və ya digər şəkildə dövlət büdcəsinə daxil olur. Bu səbəbdən, onlar səslərinin nazir Muxtar Babayevə çatdırılmasını xahiş edirlər ki, ovçuluq sahəsində mövcud olan qanunsuzluğa son qoysun. Ovçular inanırlar ki, müraciətləri M.Babayevə çatsa, nazir ov sezonunun daha əhəmiyyətli tərəflərini nəzərə alıb, sezonun açılmasını daha çox ləngitməyəcək.

Yeri gəlmişkən onu da qeyd edək ki, ovçuların redaksiyamıza müraciətindən sonra bu sahədə bir qədər geniş araşdırma aparmağı qərara aldıq. Əlbəttə, bu müraciətlər və mövzu ilə bağlı cəmiyyətdə gedən müzakirələr fonunda rəsmi şəxslərin məntiq və dərrakəyə sığmayan açıqlamaları, eləcə də bu sahənin idarə olumasındakı mövcud reallıq belə bir araşdırma aparmağı zəruri edirdi.

Çox yox, internetdə kiçik axtarışlardan sonra bu sahənin və ona cavabdeh şəxslərin səriştəsizliyi ilə bağlı rastlaşdığımız maraqlı məqamlar araşdırmanın məzmununu xeyli rəngarəng etdi.

Öncə onu qeyd edək ki, keçən əsrin ortalarından artıq rəsmi fəaliyyət sahəsi kimi tanınan və qanunvericiliklə tənzimlənən ovçuluq fəaliyyəti günümüzdə sadə xobbi olmaqdan çıxaraq, hüquqi akt statusu alıb. Yəni ov hüququ vətəndaş hüquq və azadlıqlarından biri kimi dövlət tərəfindən ölkənin ali qanuni olan Konstutsiyamızla qorunan bir fəaliyyətə çevrilib.

Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, ov mövsümü hər il iyun ayının ilk istirahət günü açıllr. Maraqlıdır, bəs niyə indiyədək düyünə düşüb və hələ də ciddi bir səbəb göstərilmədən ov sezonu açılmır. Üstəlik, nə üçün həvəskar ovçuların ovun açılmaması ilə bağlı xahiş və müraciətləri cavabsız qalaraq, vətəndaş hüquqları pozulur?!

İlk öncə bununla bağlı hansısa iclasın çağırılacağını vəd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmisinin bəhs etdiyi Komissiyanı araşdırdıq. Məlum oldu ki, heç bir qanuni əsasa söykənmədən yaradılan bu komissiyada təmsil olunanların 90%-i elə həmin nazirliyin əməkdaşlarıdır. Hansı ki, onları gün ərzində bir yox, bir neçə dəfə yığaraq, bu qədər aktual olan məsələni həll etmək olar.

Bəs, sözügedən açıqlamanı verən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevi bunu etməməyə vadar edən, ovçuların hüquqlarını israrla tapdamağa sövq edən nədir? Əlbəttə, hörmətli Muxtar Babayevin bütün məsələlərə adekvat münasibəti bizə çoxdan bəllidir. Biz burada qısa bir araşdırma edərək, “Firuddin Əliyev kimdir” sualına da cavab tapmağa çalışdıq. Məlum oldu ki, yaxın qohumu sayəsində nazirlikdə bioloji müxtəliflik kimi sahəyə gətirilən Firuddin müəllim ixstisasca “sosioloq” olub, hazırda çalışdığı sahədən tamamilə anlayışı olmamaqla yanaşı, dövlət qulluğunda heç bir təcrübəsi olmadan, DİM-in çoxsaylı iradlarına məhəl qoyulmadan “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd şəkildə bu günədək həmin vəzifəni qanunsuz tutur. Görünür, bu məsələdə yuxarıda qeyd edilən “yaxın qohumu”nun sehrli əli və ya maddi dəstəyi əsas faktordur.

Həmçinin, daxil olan informasiyalarda Firuddin Əliyevin son illərdə Milli Park ərazilərinin qanunsuz zəbti, icarəyə verilməsi, layihə pullarının göyə sovrulması, büdcə vəsaitinin tenderlərdə talanması və balıq ovlama biletlərinin rüşvət müqabilində verilməsi ilə bütün respublikada qısa müddətdə ad çıxardığı da  vurğulanır. Nazirlikdəki yaxın mənbələrdən verilən məlumata görə, heç də təsadüf deyil ki, nazirlikdə aparılmış audit nəticələri onun qanunsuz əməllərini bir daha sübut edib və aylardır nazir Muxtar Babayevin qınaq və danlaq obyektinə çevrilməsinə səbəb olub.

Bəs, hörmətli Muxtar müəllimin bu cür yararsız kadrdan ikiəlli yapışaraq, sadəcə, gündəlik olaraq danlamaqla bu sahəni risk altında qoymasına səbəb nədir? Şübhəsiz, bu sualın cavabı da yenə o “yaxın qohum” və ya deyilənə görə, “qaynata faktoru” ilə izah edilir, ağlımıza bundan başqa bir şey də gəlmir.

Hazırladı: KƏNAN

P.S. Mövzu ilə bağlı araşdırmamız davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri