Azərbaycandan sonra Rusiyada da qohum nikahları qadağan ediləcək? Dövlət Dumasının sədr müavini danışdı
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Rusiyada qohumlar (əmi, dayı, xala, bibi uşaqları) arasında nikah bağlanması ehtimalını qadağan etmək lazımdır, çünki belə birliklər uşaqlarda mutasiyaya gətirib çıxara bilər".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Gazeta.ru-ya müsahibəsində Rusiya Dövlət Dumasının Ailə, atalıq, analıq və uşaqlıq məsələləri üzrə komitəsinin sədr müavini Vitali Milonov Azərbaycanda qəbul edilən analoji qərarı şərh edərkən deyib.
"Hesab edirəm ki, bu nikahlar qohum evliliyi sayılır və heç bir halda bağlanmamalıdır. Prinsipcə, bu bizim ənənəmizdə qəbul edilmir, mənəvi və ənənəvi baxımdan tamamilə qəbuledilməz hesab olunurdu. Amma qanunvericilikdə belə bir boşluq var, ona görə də mən yaxın zamanda belə nikahları qəti şəkildə qadağan edəcək bir təşəbbüs irəli sürəcəyəm. çox təhlükəli nikahlara qadağa qoyacaq təşəbbüs irəli sürəcəyəm. Bu, çox təhlükəli bir haldır və uşaqlarda hər cür pis xəstəliklər, pis mutasiyalar əmələ gətirə bilər.
Azərbaycanda gəldikdə isə, onlara əhsən. Baxmayaraq ki, Azərbaycan bizim super dostumuz deyil, amma bu baxımdan onlar millətin sağlamlığının qayğısına qalırlar. Ona görə də biz də geri qalmamalıyıq", - deyə Vitali Milonov qeyd edib.
Baxış sayı:131
Bu xəbər 15 Sentyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















