Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanəsilli sahibkar, "Lukoil"un təsisçisi Vahid Ələkbərov Rusiya və dünyanın ən varlı insanları siyahısında öz mövqeyini xeyli möhkəmləndirib. Son məlumatlara görə, onun sərvəti 2024-cü ildə 2.59 milyard dollar artaraq 27.2 milyard dollara çatıb.
Oxu.Az bu barədə "Bloomberg Billionaires Index" (BBI) reytinqinə istinadən məlumat verir.
Hesabata əsasən, o, sərvəti 2024-cü ildə əhəmiyyətli dərəcədə artan rusiyalı milyarderlərin siyahısında üçüncü yerdədir.
Siyahıya "Nornickel"in təsisçisi Vladimir Potanin başçılıq edir, onun sərvəti 736 milyon dollar artaraq 31,8 milyard dollara çatıb. İkinci yerdə 29 milyard dollarla Vladimir Lisin durur.
Qeyd edək ki, dünyanın ən varlı 500 insanının sərvəti haqqında məlumatları özündə birləşdirən "Bloomberg Billionaires Index" 2012-ci ilin martından bəri dərc edilir. İndeks, xüsusilə şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:241
Bu xəbər 02 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















