Icma.az
close
up
RU
Azərbaycanı ancaq Şərqi Avropa ölkələri ilə müqayisə etmək olar

Azərbaycanı ancaq Şərqi Avropa ölkələri ilə müqayisə etmək olar

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bəzən yüksək tribunalardan Azərbaycanı Cənubi Qafqazın bəzi ölkələri ilə müqayisə edirlər. Bu, yanlış bənzətmədir.  Azərbaycanı ancaq Şərqi Avropa ölkələri ilə müqayisə etmək olar”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə 2025-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əgər Azərbaycan işğal siyasəti ilə üzləşməsəydi, bu gün inkişaf etmiş ölkələr sırasında olardı.  “Azərbaycanın iqtisadi qüdrəti olmasaydı Ermənistanın işğalına son qoya bilməzdi. 44 günlük Vətən müharibəsində qazanılan vəsait torpaqlarımızın azad olunmasına istifadə edildi. Bu gün hər hansı Avropa ölkəsi 30 il işğal nəticəsində dağıdılan məktəb, xəstəxana, mədəniyyət ocaqları, yaşayış məntəqləri və mina təmizlənməsinə vəsait ayırmır. Amma Azərbaycan ildə bu məqsədlə 4 milyard vəsait ayırır. Bu olmasaydı, həmin 4 milyard müəllimin, həkimlərin, pensiyaların və digər müavinətlərin artırılmasına yönəldilərdi. Ona görə də Azərbaycanı başqa ölkələrlə müqayisə etmək olmaz. Səbəblər fərqlidir”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu gün ətrafımız silah anbarına çevrilib. “Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün müdafiə qabliyyətini gücləndirmək məcburiyyətindədir. Ermənistan yenə pulsuz silahlandırılır. Məqsəd də gələcəkdə Cənubi Qafqazda yenidən gərginlik yaradıb münaqişə yaratmaqdır. Azərbaycanın bu gün əldə etdiyi gəlirləri daha çox təhlükəsizliyinin təmin olunmasına, 30 ildən artıq bir milyon məcburi köçkünə və qaçqının saxlanmasına xərcləyib. İndi də onların öz ata yurdlarına qayıtmasına xərcləyir. Avropanın elə ölkəsi var ki, onun əhalisi bir milyon civarındadır. Deməli, Azərbaycan bir Avropa ölkəsini saxlayır. Bu olmasaydı, insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilərdi”, - o bildirib.

Deputat eyni zamanda hökumətə siyasi partiyalara ayrılan maliyyə vəsaitinin artırılmasını təklif edib.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri