Parlamentin komitə sədri: Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər
Icma.az, Apa.az saytına istinadən bildirir.
Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycan indi elə inkişaf səviyyəsindədir ki, Cənubi Qafqazın hansıa ölkəsi ilə müqayisə edilməməlidir: “Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər”.
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan bu gün məcburdur ki, ermənilər tərəfindən torpaqlarımızda basdırılmış minaları təmizləməyə vəsait ayırsın: “Bu olmasaydı, həmin vəsait sosial problemlərin həllinə yönəldilərdi. Məsələn, Bolqarıstanda minadan təmizləməyə pul ayrılmır. 30 ildir bizim yaşayış yerlərimiz, xəstəxanalarımız, məktəblərimiz dağıdılıb. İndi öz qazancımızın böyük hissəsini bunların bərpasına xərcləyirik. 30 ildən artıq biz 1 milyon məcburi köçkün saxlamışıq. Azərbaycanın vəziyyəti ilə başqasını eyniləşdirmək olmaz. Bu gün Ermənistana pulsuz silahlar verilir. Azərbaycan məcburdur ki, müdafiə və təhlükəsizlik xərclərini artırsın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















