Azərbaycanı hədəf taxtasına çevirmək istəyənlərə imkan verməməliyik
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Zaman-zaman Azərbaycanı sevməyən, dövlətimizin inkişafı və tərəqqisinə düşmən mövqedən yanaşan müəyyən xarici dairələr, yaxın və uzaq ölkələr respublikada qarşıdurma yaratmağa, daxili siyasi sabitliyi pozmağa çalışıblar. Yaxın tariximizdə bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan daxilində baş verən hansısa bir hadisəni qabardaraq onu fəlakət, insanların hüquq və azadlıqlarının pozulması kimi qələmə verən həmin antiAzərbaycan qüvvələr indi də Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında qərarını Azərbaycanda baş örtüyünə qadağan tətbiq edilməsi kimi yalnış qələmə verərək cəmiyyətdə narazılıq, etirazlar yaratmağa çalışırlar".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında qərarı Azərbaycanda baş örtüyünün qadağan edilməsi kimi qələmə vermək kökündən yalnışdır:
"Paytaxtda, bölgələrdə insanlar küçədə, meydanda sərbəst şəkildə baş örtüyü ilə gəzə bilirlər və buna heç kim qadağa qoymur. Bu qərar yalnız təhsil müəssisələrində çalışan müəllimlər üçündür. Ona görə də bundan böyük bir ajiotaj düzəldib cəmiyyətdə parçalanma, qarşıdurma yaratmağa heç bir ehtiyac yoxdur. Dediyim kimi, bunu etmək yalnız Azərbaycanı sevməyən qüvvələrin, ölkələrin marağındadır ki, hazırkı situasiya onlara ölkəmizdə daxili siyasi sabitliyi pozmaq, qarşıdurma, xaos yaratmaq üçün sərfəlidir".
Arzuman Muradlı deyib ki, cəmiyyət olaraq indiki situasiyada daha çox birlik, bərabərlik içərisində olmağımız, dövlətçilik maraqlarından çıxış etməyimiz vacibdir:
"Azərbaycanı hədəf taxtasına çevirmək istəyənlərə imkan verməməliyik".
Süleyman
Bu mövzuda digər xəbərlər:“Azərbaycanı Əfqanıstana, Suriyaya çevirmək istəyirdilər”
17 Mart 2025 08:19
Azərbaycanı “marionetka” dövlətə çevirmək planı baş tutmadı Detallar
12 Fevral 2026 18:39
Azərbaycanı geosiyasi alətə çevirmək istəyən güclər: onlar kimdir?
14 İyul 2026 16:40
İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq
18 İyun 2026 09:33
Türkiyəli professor: Sülh sazişi Azərbaycanı enerji mərkəzinə çevirmək potensialına malikdir
09 Avqust 2025 20:24
Baxış sayı:111
Bu xəbər 11 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















