Icma.az
close
up
RU
Azərbaycanı özünün strateji tərəfdaşı və müttəfiqi adlandıran Rusiya, bu münasibətə əks siyasət yürüdür

Azərbaycanı özünün strateji tərəfdaşı və müttəfiqi adlandıran Rusiya, bu münasibətə əks siyasət yürüdür

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva ilə Bakı arasında münasibətlər Rusiyada azərbaycanlıların kütləvi həbsindən sonra daha da pisləşib. Bu hadisə son aylarda iki ölkə arasında münasibətlərə mənfi təsir göstərən ilk epizod deyil. Keçən ilin dekabr ayının sonunda Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi havada vurulub və Qazaxıstanın Aktau şəhərinə məcburi qəza enişi edib. Təyyarədə 67 nəfər olub, iki ekipaj üzvü də daxil olmaqla 38 nəfər həlak olub. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabat dərc edib və burada təyyarənin gövdəsində "müxtəlif ölçülü və formalı çoxsaylı və qeyri-aşkar zədələrdən" bəhs edilib. Kreml bu tapıntıları şərh etməkdən imtina edib. Qısası, ötən ilin sonlarından Rusiya ilə münasibətlər gərginləşmə istiqamətində yüksək səviyyəyə çatıb. İki ölkə arasında kağız üzərində imzalanmış müttəfiqlik bəyannaməsi də var.Bəs Rusiya müttəfiqlik bəyannaməsinə əməl edirmi?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına bildirib ki, 2022-ci il 22 fevral tarixində rəsmi Bakı və rəsmi Moskva arasında Moskvada prezidentlər tərəfindən imzalanmış müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında 43 maddəli bəyannamənin ayrı-ayrı maddələrində Azərbaycan- Rusiya arasında münasibətləri özündə ehtiva edən çoxsaylı məqamlar öz əksini tapıb.

Xəyal Bəşirov

“Bu bəyannamə ilə öz mövqeyini ortaya qoyan, Azərbaycana münasibətini bəyan edən Rusiya tərəfinin ən son atdığı addımlar qəbulolunmazdır və həmin bəyannamənin mahiyyətinə ziddir. Məsələn, Azərbaycan Hava Yollarına məxsus olan təyyarənin vurulması, oradakı insanlarımızın həyatlarını itirməsi və bundan sonra həmin təyyarənin vurulmasında iştirak edən şəxslərin belə məsuliyyətə cəlb edilməməsi, lazımi qaydada üzrün istənilməməsi, kompensasiyanın ödənilməməsi, eyni zamanda, 27 iyun tarixində azərbaycanlılara qarşı törədilən vəhşilik və Azərbaycan ailələrinə qarşı törədilən qanuna zidd əməllər ondan xəbər verir ki, bunlar açıq şəkildə və məqsədli şəkildə törədilən hadisələrdir. Təbii ki, burada təsadüfdən söhbət gedə bilməz”-deyən politoloq qeyd edib ki, bu addımları ilə Rusiya tərəfi həm 2022-ci il 22 fevral tarixli bəyannamənin məzmununa və mahiyyətinə xəyanət edir, həmçinin bu günə qədər Azərbaycan və Rusiya arasında müstəqillik dövründə iki yüzə qədər imzalanmış sənədlərin mahiyyətinə, mövqeyinə və məzmununa zidd addımlar atır.

Politoloq bildirib ki, bütün bunlar Azərbaycanı özünün strateji tərəfdaşı və müttəfiqi adlandıran Rusiyanın yürütdüyü siyasətin bu istiqamətdə olmadığını ortaya qoyur.

“Təbii ki, bu gün söhbət bəyannamənin sənəd olaraq qüvvədən düşüb-düşməməsindən getmir. Söhbət bəyannamənin mahiyyətinə uyğun davranılmamasından gedir ki, bu məsələ artıq belə deyil. Bundan sonrakı vəziyyət Azərbaycan-Rusiya münasibətlərində açıq şəkildə görünəcək. Rusiya tərəfindən bu addımlar bu şəkildə atılırsa və hər hansı bir izahat verilmirsə, həmçinin qanuna və hüquqa zidd addımlar atan şəxslərə qarşı hər hansı bir ölçü götürülmürsə, bu da Rusiya Azərbaycan münasibətlərinin zədələnməsinə gətirib çıxarır”-deyən Xəyal Bəşirov vurğulayıb ki, bu qanuna zidd addımların mənbəyi Moskvadır və Rusiya dövlətini idarə edən şəxslər bu təxribatçı addımlarına izahat gətirməlidir.

“Söhbət Rusiyada hər hansı bir insanın törətdiyi addımlardan getmir. Söhbət elə təyyarənin vurulması zamanı təyyarənin vurulmasına imkanı olan səlahiyyətli şəxslərdən gedir. Qroznı hava məkanında baş verən hadisə, həmçinin 27 iyun tarixində azərbaycanlılara qarşı kütləvi əməliyyatların vəhşiliklərin törədilməsinə səlahiyyəti olan şəxslərin verdiyi göstərişdən gedir ki, bu sıravi şəxslər səviyyəsində atılan addımlar deyil. Rusiyada siyasəti müəyyən edən şəxslərin, iradəsindən asılı olan addımlardır. Bütün bunlara izahat verilməli, bu əməliyyatı törədən şəxslər məsuliyyətə cəlb edilməlidir. Təbii ki, biz artıq bunun icra ediləcəyinə inanmırıq”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri