Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Azərbaycanın “12 illik” legionerləri II hissə

Azərbaycanın “12 illik” legionerləri II hissə

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı legioner futbolçular barədə ötən həftəki yazının davamı…

Saşa Yunisoğlu: “Diskoboliya” (Polşa) – 2007-08, “Poloniya Varşava” (Polşa) – 2008, “Dənizlispor” (Türkiyə) – 2013-14

Peşəkar futbol karyerasına 2000-ci ildə “Şərur”da başlayan müdafiəçi, xaricə 2007-ci ildə Polşanın “Diskoboliya” klubu ilə addım atıb.

Cəmi iki il Polşada qalan oyunçu, daha sonra “Bakı” ilə ölkəyə qayıdıb. Son olaraq Türkiyənin “Dənizlispor” komandasında 1 mövsüm çıxış edən müdafiəçi yenidən Azərbaycana geri dönüb. Oyunçunun “Dənizlispor”dan ayrılmasına səbəb, mövsüm ərzində keçirdiyi zədələr olub.

Emil Mustafayev: “Oleksandriya” (Ukraniya) – 2019-23, “Polesiye” (Ukraniya) – 2023- davam edir

Emil Kirovoqrad vilayətində idman məktəbinin yetirməsi olmuşdur.

1 mövsüm futzalla da məşğul olan oyunçu ilk peşəkar imzasını Ukraynanın "Oleksandriya" klubunda atıb. 2023-cü ildən Ukraynanın digər klubu “Polesiye”də çıxış edir. Futbolçunun ildən-ilə üzərində çalışması onun gələcəkdə daha yaxşı klublarda çıxış edəcəyinə zəmanət verir.

Coşqun Diniyev: “Ümraniyespor” (Türkiyə) – 2023-24, “Bandırmaspor” (Türkiyə) – 2024-davam edir

“İnter” yetirməsi olan Coşqun Azərbaycanın bir çox klubunda çıxış edib. 2023-cü ildə “Ümraniyespor” klubuna transfer olub. Hazırda futbolçu, karyerasını “Bandırmaspor”da davam etdirir. 

Onu da bildirək ki, oyunçu maaşını ala bilmədiyi üçün “Ümraniyespor” komandasından ayrılıb. 

Mahir Şükürov: “Antalyaspor” (Türkiyə) – 2004, “Anji” (Rusiya) - 2010-11, “Karşıyaka” (Türkiyə) – 2014-15

“Gənclərbirliyi” klubunda futbola başlayan millimizin sabiq üzvü Azərbaycanda bir neçə klubda çıxış edib. 2010-cu ildə 1 mövsüm oynadığı “Anji” komandasına imza atıb. İlk dəfə bir komanda tərəfindən pulla transfer olunan oyunçu burada gözləntiləri doğrultmayıb. 2014-cü ildə Türkiyənin “Karşıyaka” klubuna transfer olunub. Türkiyə təmsilçisindən ayrılmasına səbəb milli fasilədən gec qayıtması və bu məsələyə qeyri-peşəkar yanaşması olub.

Ozan Can Kökçü: “Qroningen” ( Niderland) – 2011-16, “Feyenoord” ( Niderland) – 2016-17, “Bursaspor” (Türkiyə) – 2017-19,  “Telstar” (Niderland) – 2019-22, “Eyndhoven” (Niderland) - 2022-24, HİK (Finlandiya) – 2024-davam edir
Əslən türk olan Ozan futbola doğulduğu Niderlandda başlayıb. Qardaşı Orkun Kökçünün əvəzinə milli komanda seçimini Azərbaycandan yana istifadə edən oyunçu bir çox Avropa klubunda şansını sınayıb. Hazırda, Finladiyanın “Helsinki” klubunda çıxış edir.

Rauf Əliyev: “Kukesi” (Albaniya) – 2017-18
“Qarabağ”ın yetirməsi olan Rauf 2006-cı ildə futbola başlayıb. Karyerası ərzində ölkəmizin bir neçə klubunda çıxış edən hücumçunun legioner həyatı Albaniyanın “Kukesi” klubu ilə yaşayıb. Lakin onun bu komandanın tərkibində iştirak etməsi cəmi 6 ay çəkib. Buna səbəb bir vaxtlar millimizin şərəfini qoruyan oyunçunun dili bilməməsidir. Çıxış etdiyi komandada ən çox maaş alan oyunçu sırf dil öyrənmək istəmədiyinə görə, klubla qarşılıqla şəkildə razılaşaraq müqaviləsinə xitam verib.

Eddi İsrafilov: “Real Mursiya” (İspaniya) – 2012-16, “Qranada” (İspaniya) – 2014-15, “Eybar” (İspaniya) – 2015-16, “Kadiz” (İspaniya) – 2016-17, “Alkorkon” (İspaniya) – 2018-20, “Albasete” 2020-21, “Johor” (Malaziya) – 2024-davam edir
Əslən Afrika kökənli olan millimizin üzvü futbolçu karyerasına İspaniyada başlayıb. İspaniyanın “Qranada”, “Real Mursiya”, “Eybar” kimi komandalarında çıxış edən futbolçu, ölkəmizdə yalnız “Neftçi”nin şərəfini qoruyub. 32 yaşlı yarımmüdafiəçi hazırda karyerasını Malaziyada davam etdirir. Özünü göstərdiyi tək klub olan “Albasete”dən ayrılmasına səbəb komandanın aşağı diviziona düşməsi olub. Bu zaman rəhbərlik Eddi başda olmaqla heyətində olan 18 futbolçu ilə yollarını ayırıb.

İbrahim Qədirzadə: “Samtrediya” (Gürcüstan) - 2021

Müdafiəçi qismində çıxış edən İbrahim futbola “Xəzər Lənkəran” komandasında başlayıb.

2021-ci ilə qədər rəsmi matçlara çıxmayan oyunçu, ilk peşəkar müqaviləsini Gürcüstanın “Samtrediya” klubu ilə imzalayıb. Digər futbolçularımız kimi bəxti üzünə gülməyən İbrahim cəmi 1 il sonra vətənə qayıdaraq şansını ölkədaxilindəki klublarda sınamağa başlayıb.

Mahir Emreli: “Legiya” (Polşa) – 2021-22, “Dinamo” (Xorvatiya) – 2022-24, “Konyaspor” (Türkiyə) – 2023, “Nürnberq” (Almaniya) – 2024-davam edir
Futbol həyatına “Bakı”da başlayan hücumçu 2014-cü ildə Qurban Qurbanovun diqqətini öz üzərinə çəkib. Mövsümün sonunda “Qarabağ”a transfer olan forvard burada 6 il keçirdikdən sonra Polşanın tanınmış klubu “Legiya”ya imza atıb. “Legiya”da istənilən nəticəni verə bilməyən Mahir cəmi bir il sonra Xorvatiyanın “Dinamo Zaqreb” klubuna keçib. 2023-cü ildə icarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış edən millimizin üzvü, hazırda Almaniyanın 2-ci Liqa təmsilçisi “Nürnberq”in şərəfini qoruyur. Əslində “Legiya” ilə avropa arenasında yaxşı çıxış edən Mahirdə problem klubun azarkeşləri olub. 

O, şiddətlə üz-üzə qaldıqdan sonra tez bir zamanda Xorvatiya təmsilçisi “Dinamo”ya transfer olub. Paytaxt təmsilçisinin baş məşqçiləri ilə yola getməyən forvard son olaraq hamımızın yaxından tanıdığı Miroslav Klozenin başçılıq etdiyi “Nürnberq”ə keçib. Hazırda işləri pis getməyən Mahirin bundan daha yaxşı uğurlara imza atacağına inanırıq.

Renat Dadaşov: “Ayntraxt” (Almaniya) – 2013-14, 2017-18, “Leypziq” (Almaniya) – 2014-16, “Eştoril” (Portuqaliya) – 2018-19, “Vulverhempton” (İngiltərə) – 2019-22, “Tondela” (Portuqaliya) – 2021-22,  “Qrasshoppers” (İsveçrə) – 2022-23, “Hatayspor”(Türkiyə) – 2023-24, “Ankaragücü” (Türkiyə) – 2024-davam edir
Futbolçu karyerasına Almaniyada başlayan hücumçu “Ayntraxt”da püxtələşib. İstedadını kəşf edən “Leypziq” 2014-cü ildə Renatı transfer edib. Rəsmi olaraq ilk oyununa Portuqaliyanın “Eştoril” klubunda çıxan oyunçu bir il sonra İngiltərə Premyer Liqası klublarından “Vulverhempton”a keçid edib. Burada matça çıxmayan oyunçu sırasıyla Portuqaliyanın “Pasuş De Fereyra” və İsveçrənin “Qrasshoppers” klublarında çıxış edib. İsveçrə təmsilçisindəki çıxışı ilə diqqətləri özünə çəkən hücumçu 2023-cü ildə “Hatayspor”a transfer olub.

Bir vaxtlar U-16, U-17 çərçivəsində Almaniya millisini təmsil edən Renat milli seçimini Azərbaycandan yana istifadə edib. Oyunçunun Azərbaycan klubları ilə adı bir çox dəfə çəkilsə də, yerli komandalarımızın heç birində çıxış etməyib. Almaniya, İngiltərə, Portuqaliya kimi bir çox ölkədə çıxış edən Renat hazırda Türkiyənin “Ankaragücü” klubu üçün tər tökür.

Adını çəkdiyim bu oyunçulara nəzər salsaq görərik ki, onlar xarici klublarda 1 və ya 2 il keçirdikdən dərhal sonra komandalarını dəyişirlər. Əslində bunun bir çox səbəbi var. Məsələn, rəhbərlik futbolçunun oyunundan narazı ola, baş məşqçi ilə araları yaxşı olmaya və yaxud həmyerlilərimiz həmin komandadan narazı ola bilər (bu, məncə, mümkünsüz bir haldır). 

Bizim oyunçuların əsas problemi transfer olduqları kluba adaptasiya ola bilməmələridir. Futbolçularımızda potensial görən xarici klublar inanırlar ki, “gəlib burda öz üzərində işləyər”. Amma nə olur? Heç nə. Gedən oyunçu ya dili öyrənmir, ya təlim-məşq toplanışlarına gecikir, ya da ailəsi üçün darıxıb qayıtmaq istəyir. Bu səbəblər futbolumuzun nə dərəcədə peşəkarlıqdan uzaq olduğunu göstərir.

Xaricə nəzər salsaq, illərlə öz sırasını gözləyən minlərlə insan var. Amma heç biri özünü geri çəkmir, əksinə daha çox çalışır, səy göstərir, məşqçi və texniki heyətin gözünə girməyi hədəfləyir. Düşünürəm ki, yerli oyunçularımız tez-tez klub dəyişməkdənsə öz üzərlərində çalışsalar, gələcəkdə dünya mediasında futbolumuz haqqında xəbərlər dərc olunmağa başlayacaq.

Hacı Heydər
 

Viktor Qyökereş: İsveç Futbolunun Yeni İbrahimoviçi Alvaro Morata: Kölgədə Qalan Ulduz Lebron Ceyms: Basketbol Dünyasının Nəhəngi Sofyan Amrabat: "Fənərbaxça" Yarımmüdafiəsinin Dayağı Davinson Sançez: "Qalatasaray"ın Canlı Səddi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 Noyabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri