Azərbaycanın 3 cüdoçusu Avropa çempionatında fəxri kürsüyə qalxıb
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.
Bu barədə Xalqcebhesi.az-a federasiyadan məlumat verilib.
Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələniblər.
Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla tamamlayıb.
Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.

Azərbaycanın üç cüdoçusu Şimali Makedoniyada fəxri kürsüyə qalxıb
23 İyul 2025 22:00
Azərbaycanın 9 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır
15 Noyabr 2024 12:50
Azərbaycanın 5 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır
23 Aprel 2025 10:43
Azərbaycanın veteran cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
22 May 2025 21:55
Azərbaycanın 9 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır AZƏRTAC
15 Noyabr 2024 12:01

