Icma.az
close
up
RU
Azərbaycanın Aİ ilə münasibətlərində nəzərəçarpan inkişaf ölkənin dünya siyasətindəki rolunun artdığını göstərir ŞƏRH

Azərbaycanın Aİ ilə münasibətlərində nəzərəçarpan inkişaf ölkənin dünya siyasətindəki rolunun artdığını göstərir ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 may, AZƏRTAC

Milli dövlətlərin formalaşmağa başladığı və müasir beynəlxalq münasibətlər sisteminin ilkin təzahürlərinin meydana gəldiyi gündən etibarən, real xarici siyasət milli güc amilinə söykənir. Bu sahədə mövcud olan bütün klassik nəzəriyyələrdə dövlətlərin beynəlxalq müstəvidə ciddi təsir imkanlarına malik olmaları üçün məhz milli güc amilinin zəruriliyi vurğulanır. Dövlətin milli gücünü təşkil edən komponentlər isə onun coğrafi mövqeyindən, təbii ehtiyatlarından, insan resurslarından, iqtisadi və hərbi potensialından, milli xarakter, milli ruh kimi önəmli faktorlardan, diplomatiyanın və dövlət idarəçiliyinin keyfiyyətindən asılıdır.

Bu komponentlər olmadan regional, subregional və qlobal müstəvidə real təsir imkanlarına malik olmaq, milli maraqları müdafiə etmək, şübhəsiz ki, mümkün deyil. Çünki bütün siyasi proseslərin, o cümlədən də xarici siyasətin ana xəttini daha çox təsir imkanlara malik olmaq üçün aparılan mücadilə təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasəti də məhz milli güc amilinə əsaslanan, özündə, yuxarıda sadalanan klassik komponentlərlə yanaşı, çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb və praktik elementlərini birləşdirən, istisnasız olaraq, milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik və çoxvektorlu siyasətdir: “Azərbaycan regional və qlobal proseslərdə ayrı-ayrı güc mərkəzlərinin peyk-dövlətinə çevrilmədən, qütblərarası manipulyasiyaya, yer və yön dəyişməyə yol vermədən, ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geriyə çəkilməyən azsaylı dövlətlərdən biridir. Ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin həm forma, həm də məzmun etibarilə milli olması, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialını, coğrafi mövqeyini mühüm geostrateji faktora çevirən, təşəbbüslərinin rəğbətlə qarşılanmasına zəmin yaradan əsas amillər isə onun etimadlı, məsuliyyətli dövlət imicidir”.

E.Mirzəbəyli bildirib ki, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipinə, ortaq maraqlara söykənir: “Uzun illərdir ki, Aİ ilə ən müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritetləri sırasındadır.

Azərbaycan bütün ölkələr və təsisatlarla ikitərəfli və çoxtərəfli münasibətlərində olduğu kimi, Avropa İttifaqı ilə əlaqələrində də ərazi bütövlüyü, suverenlik, müstəqillik, sərhədlərin toxunulmazlığı, bərabərhüquqluluq kimi dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn fundamental norma və prinsiplərini əsas götürür.

Son vaxtlar Azərbaycan ilə Aİ arasında əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Bu əlaqələrin müasir mərhələsi Azərbaycanın regional və qlobal proseslərdəki geosiyasi və geoiqtisadi rolunun artması ilə sıx bağlıdır və bu da istisnasız olaraq, Azərbaycanın qlobal səhnədəki strateji mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

Məlum olduğu kimi, Avropa İttifaqı ilə münasibətlərin ilkin mərhələsində Azərbaycan daha çox enerji və iqtisadi sahələrdə qarşılıqlı əlaqələrə üstünlük verirdi. Lakin son bir neçə il ərzində, xüsusilə Aİ-nin əvvəlki administrasiyasının əsassız və qərəzli yanaşması müstəvisində, Azərbaycanla əlaqələrdə müəyyən geriləmələr müşahidə olunmağa başladı. Aİ-nin xarici siyasətini istiqamətləndirən bəzi siyasətçilərin Azərbaycanın geosiyasi mövqeyini düzgün qiymətləndirməyi bacarmamaları, qarşılıqlı əlaqələrin, məhz Aİ-nin mərkəzi təsisatlarının uğursuz siyasəti nəticəsində zəifləməsinə zəmin yaratdı. Bəzi regional qüvvələr də Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin zəiflədilməsi üçün bütün mümkün vasitələrdən istifadə edir, həm diplomatik müstəvidə, həm də regional münasibətlər kontekstində davamlı təxribatlara əl atırdılar.

Lakin Azərbaycan dövləti özünün qətiyyətli və müstəqil siyasətini həyata keçirərək və həm də milli dövlətçilik qürurunu, ləyaqətini yüksəklərdə tutaraq, Aİ ilə əlaqələrdə yaranan böhranın aradan qaldırılmasına nail oldu. Bu siyasət, şübhəsiz ki, Azərbaycanın həm diplomatik, həm də iqtisadi müstəqilliyinin nümayişi idi və strateji cəhətdən düzgün proqnozlaşdırmanın, ardıcıl prinsiplial siyasətin nəticəsi olan, qeyri-bərabər şəraitdə özünü büruzə verən bu uğur ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirdi.

Hazırda isə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı ölkəmizin yalnız regionda deyil, həm də beynəlxalq müstəvidə artan gücünü nümayiş etdirir. Azərbaycanın qlobal enerji təhlükəsizliyi ilə bağlı həyati önəm daşıyan proseslərdəki tənzimləyici rolu, eləcə də ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin diversifikasiyasındakı daim güclənməkdə olan mövqeyi, onun Aİ ilə münasibətlərindəki strateji əhəmiyyətini daha da artırıb.

Prezident İlham Əliyevin mükəmməl, çoxvektorlu strateji manevrlərlə müşayiət olunan çevik diplomatiyası ölkəmizin, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə yanaşı, Çin və Yaxın Şərq ölkələri ilə münasibətlərinin yeni məzmun qazanmasına, Azərbaycanın geosiyasi müstəvidəki yerinin daha da güclənməsinə zəmin yaradıb. Bu uğurlu siyasət Azərbaycanı Avropa İttifaqı üçün yalnız enerji təminatçısı deyil, həm də qlobal təhlükəsizlik məsələlərində də mühüm tərəfdaşa çevirib.

Prezident İlham Əliyevin müxtəlif Avropa liderləri ilə görüşləri, Aİ-də Azərbaycanın strateji əhəmiyyətinin dərk edilməsinin və qəbul olunmasının bariz nümunəsi kimi qiymətləndirilməlidir.

Azərbaycan Şərq və Qərb arasında balanslaşdırılmış siyasət yürüdərək, dünya siyasətindəki orta güc faktoruna yeni və tamamilə fərqli strateji məzmun verib.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində nəzərəçarpan inkişaf, ölkənin dünya siyasətindəki rolunun artdığını və beynəlxalq əlaqələrinin daha da gücləndiyini göstərir. Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji gücü, diplomatik uğurları və Avropa ilə əməkdaşlıqda qarşılıqlı maraqlara əsaslanan münasibətləri, onu qlobal səhnədə mühüm bir oyunçuya çevirib. Bu münasibətlərin inkişafı, Azərbaycanın həm regional, həm də qlobal səviyyədə daha böyük təsir imkanları yaratmaq potensialını artırır, onun etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində layiq olduğu yeri və mövqeni daha da gücləndirilməsinə əlverişli zəmin yaradır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see177

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see135

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see129

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri