Icma.az
close
up
RU
Azərbaycanın artan əhəmiyyəti yeni dünya nizamında orta güc

Azərbaycanın artan əhəmiyyəti yeni dünya nizamında orta güc

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"2025-ci ilin oktyabr ayında şahidi olduğumuz proseslər Azərbaycanın beynəlxalq arenada keçirdiyi transformasiyanın bariz sübutudur. Prezident İlham Əliyevin bir ay ərzində dörd fərqli coğrafiyada - Kopenhagendən Qəbələyə, Düşənbədən Şarm əş-Şeyxə qədər keçirilən qlobal tədbirlərdə iştirakı və orada keçirdiyi görüşlər ölkənin artıq beynəlxalq məsələlərin müzakirə masasında söz sahibinə çevrildiyini təsdiqləyir".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib.

O bildirib ki, Azərbaycanın diplomatik fəallığı təsadüfi deyil:

"Ölkə eyni vaxtda bir neçə istiqamətdə aktiv xarici siyasət aparır. Avropa Siyasi Birliyinin Kopenhagen sammitində Qərblə əlaqələr, Qəbələdə Türk Dövlətləri Təşkilatı çərçivəsində regional inteqrasiya, Düşənbədə MDB platformasında postsovet məkanında mövqelərin əlaqələndirilməsi və Şarm əş-Şeyxdə Yaxın Şərq sülh prosesində vasitəçilik missiyası. Bu çoxtərəfli iştirak Azərbaycanın artıq tək regional oyunçu deyil, qlobal proseslərə təsir göstərə bilən dövlətə çevrildiyini göstərir. Makron, Putin və Avropa İttifaqı liderləri ilə görüşlər isə Bakının həm Qərb, həm də Şərq arasında konstruktiv dialoq qura bilən nadir dövlətlərdən biri olduğunu təsdiqləyir".

"Azərbaycanın Şarm əş-Şeyx sammitində iştirakı xüsusilə əhəmiyyətlidir. Ölkənin həm ABŞ, həm ərəb dünyası, həm də İsraillə eyni vaxtda konstruktiv münasibətlər qura bilməsi onu Yaxın Şərq konfliktində unikal vasitəçi mövqeyinə yüksəldib. Bu, müsəlman ölkəsi olub həm İsraillə konstruktiv əməkdaşlıq quran, həm də eyni zamanda ərəb dünyasında hörmət qazanmış az sayda dövlətin nümunəsidir", - deyə deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, Azərbaycanın qlobal nüfuzunun artmasında enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri mühüm rol oynayır:

"Avropa üçün alternativ enerji mənbəyi, Çin üçün Orta Dəhliz layihəsinin açar elementi, Rusiya və İran üçün isə regional əməkdaşlıq tərəfdaşı olan ölkə olaraq hamı üçün əvəzolunmazdır. Azərbaycanın diplomatik strategiyasının əsas xüsusiyyəti heç kəsə qarşı olmayıb, hamı ilə dialoq qurmaq prinsipidir. Bu, xüsusilə qütbləşmənin dərinləşdiyi müasir dünyada unikal keyfiyyətə çevrilib. Ölkə nə Qərb-Rusiya qarşıdurmasında tərəf seçir, nə də regional konfliktlərdə birtərəfli mövqe tutur. Bu, dünyada məsuliyyətli liderliyin bariz nümunəsidir".

"Beləliklə, dörd sammitdə iştirak yalnız rəqəmlər deyil - bu, Azərbaycanın artıq qlobal gündəmin formalaşmasında iştirak edən, böyük dövlətlər arasında etimad qazanmış və regional prosesləri istiqamətləndirə bilən ölkəyə çevrildiyinin təsdiqidir. Geosiyasi rəqabətin kəskinləşdiyi, yeni qlobal nizamın formalaşdığı bir dövrdə Azərbaycan özünə güvənən konstruktiv güc mərkəzi kimi güclənir və bu tendensiya gələcəkdə daha da sürətlənəcək", - deyə millət vəkili yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri