Icma.az
close
up
RU
Orta dəhlizdən dünya siyasətinə: Azərbaycanın strateji əhəmiyyəti Müsahibə

Orta dəhlizdən dünya siyasətinə: Azərbaycanın strateji əhəmiyyəti Müsahibə

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Politoloq Elşən Manafovun Tribunainfo.az-a verdiyi müsahibəni təqdim edirik:

— ABŞ-Çin rəqabəti Azərbaycanın xarici siyasətində hansı manevrləri zəruri edir?

— Azərbaycan beynəlxalq tranzit əhəmiyyətə malik qədim İpək yolunun üzərində yerləşir. Qərbdən Şərqə gedən ticarət yolları məhz bu yoldan keçir. Yol və dəhlizlər tranzit baxımından beynəlxalq əhəmiyyət kəsb etdiklərindən, müasir dünyada nüfuz dairəsi uğrunda mübarizə aparan qlobal güclər üçün geosiyasi məzmun daşıyır. Tərəflər yükdaşımaların təhlükəsizliyinin, habelə dəhlizlərlə daşımaların rentabelliyinin təminatında maraqlı olduqlarından, dəhlizlərin keçdiyi dövlətlərin siyasi elitaları ilə qarşılıqlı etimad və mənfəətə əsaslanan münasibətlər qurmağa çalışırlar.
Təbii ki, bəlli güc mərkəzləri arasında qarşıdurma Azərbaycanı bu amildən çıxış edərək regionla bağlı siyasətini həyata keçirməyə sövq edir. Bu zaman milli maraqlar, habelə regionun təhlükəsizlik problemləri rəsmi Bakıdan zaman və tarixi şərait amilini nəzərə alaraq xarici siyasət kursunun dinamikliyini təmin edəcək addımlar atmağı tələb edir. ABŞ-ın Orta Dəhlizlə bağlı maraqları, əlbəttə, onun geoiqtisadi və geosiyasi maraqlarının təmin edilməsinə yönəlib və digər güc mərkəzlərinin — ilk növbədə Rusiya və Çinin — məlum dəhlizə çıxış imkanlarının məhdudlaşdırılmasına istiqamətlənib. ABŞ-ın yeni dünya nizamı və birqütblü idarəçilik siyasəti belə düşünməyə əsas verir.
Çinin sürətli iqtisadi inkişafı və dünya bazarlarında ABŞ monopoliyasının aradan qaldırılmasına yönəlmiş siyasəti ondan Orta Dəhlizlə bağlı ABŞ planlarının reallaşmasının qarşısını almağı, Mərkəzi Asiya və ümumiyyətlə Avrasiya uğrunda mübarizədə ABŞ-dan daha çevik addımlar atmağı tələb edir. Məhz bu məqsədlə Çin “Bir kəmər, bir yol” layihəsini irəli sürüb və Azərbaycanla yanaşı dünyanın 150-dən çox ölkəsi bu layihəni dəstəkləyir.
Azərbaycan həmçinin Rusiyanın, İranın və Çinin maraq dairəsində olan Şimal–Cənub nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı layihənin tərkibində də yer alıb. Buna görə də rəsmi Bakı ilə müxtəlif geosiyasi güc mərkəzlərinin münasibətləri genişləndirmək istəyi başadüşüləndir. Geosiyasi maraqların çarpazlaşdığı məkanda yerləşən Azərbaycan bu zaman tərəflərin bir-birilərinə qarşı iddiaları fonunda ortaq maraqlara cavab verə biləcək mövqe sərgiləməyə çalışır və hər hansı tərəfə münasibətdə lazım olduğundan artıq addımlar atmaqdan çəkinir.

— BRICS ölkələrinin genişlənməsi Qərb təsirinə qarşı yeni güc mərkəzi yarada bilərmi?

— BRİKS-in genişlənməsi ətrafında aparılan müqayisəli təhlil göstərir ki, bu beynəlxalq təşkilat ədalətli dünya nizamının müəyyənləşdirilməsi, dünyanın Qərb — xüsusilə “qızıl milyard” nəzəriyyəsinin tərəfdarları — tərəfindən təhdid edilməsinin qarşısını almaq məqsədilə yaranıb. ABŞ və Avropa İttifaqının BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq birqütblü dünya nizamı ideyasına qarşı çıxan dövlətləri (ilk növbədə Rusiya, Çin, Hindistan, İran, Venesuela, Braziliya və s.) sanksiyalarla hədələməsi, onlara iqtisadi və maliyyə məhdudiyyətləri tətbiq etməsi, Rusiyaya aid olan 300 milyard dollardan artıq vəsaitin Qərb banklarında qanunsuz olaraq dondurulması dünyada Qərbə və onun maliyyə institutlarına inamın sarsılmasına gətirib çıxarmışdır.
BRİKS bu qanunsuzluqların qarşısını almağa, ilk növbədə ABŞ hegemonluğunun maliyyə təminatçısı olan dollardan asılılığı aradan qaldırmağa və onu alternativ dünya valyutası ilə əvəz etməyə çalışır. Məhz buna görə BRİKS-ə daxil olan əsas ölkələr öz aralarında ticarət və maliyyə əməliyyatlarını dollarla deyil, milli valyutalarla həyata keçirirlər.
BRİKS-in bu addımları qlobalist dairələrdə, həmçinin ultraqlobalist Trampda narahatlıq yaradıb. Onun BRİKS-ə yönələn hücumları, ticarət tariflərinin qaldırılması ilə bağlı hədələri əslində ABŞ-ın dünya hegemonluğunu itirmək qorxusundan qaynaqlanır. BRİKS hazırda dünya ümumi məhsulunun artıq 45%-ni istehsal edir, əhali göstəricilərinə — istehsalçı və istehlakçıların sayına görə də Avropa İttifaqı və ABŞ-ı geridə qoyur. Nüvə silahına malik 4 dövlətin burada birləşməsi, təbii resurslara — neft, qaz, alüminium, qızıl, nikel, şirin su ehtiyatları və s. — görə çəkisinin üstünlüyü BRİKS-in Qərbə qarşı güclü geosiyasi və geoiqtisadi mərkəzə çevrilməsini artıq danılmaz edir.

— Gürcüstanda baş verən siyasi proseslər regionun sabitliyinə təsir göstərə bilərmi?

— Gürcüstan hakimiyyəti kifayət qədər demokratik və legitimdir. Onun Qərbə inteqrasiya ilə bağlı məsələlərə milli maraqlar və xalqın mental dəyərləri baxımından yanaşması Qərbdəki qlobalist dairələri, həmçinin bürokratik Brüsseli qane etmir. Qərb Gürcüstan hakimiyyətindən israrla Rusiyaya qarşı ikinci cəbhə açmağı, başqa sözlə Ukraynada həyata keçirməyə çalışdıqları layihəyə dəstək verməyi tələb edir.
Rəsmi Tbilisinin bu təzyiqlərə qarşı durması və Gürcüstanın təhlükəsizlik maraqlarını önə çəkməsi Brüsseldəki bürokratik aparatın xoşuna gəlmir. Onlar Kobaxidze hakimiyyətindən Qərbin kəşfiyyat agenturası üçün münasib şərait yaratmağı, habelə Saakaşvili ssenarisinin yenidən tətbiqini tələb edirlər. Gürcüstan hakimiyyəti legitimliyini və xalqın etimadını qoruyub saxlaya bilsə, Qərbin bu ölkədə “qızılgül inqilabı”nı yenidən həyata keçirmək cəhdləri səmərə verməyəcək. Düşünürük ki, hər şey rəsmi Tbilisinin region dövlətləri, o cümlədən Rusiya ilə qarşılıqlı inam və etimada əsaslanan münasibətlər qurmasından asılı olacaq.

— İranın Cənubi Qafqaz siyasətində dəyişiklik gözlənilirmi?

— Vaşinqton razılaşmalarından sonra rəsmi Moskvanın konstruktiv mövqeyi və Ermənistanın Tranzit Dəhlizinin təhlükəsizliyi ilə bağlı məsələdə təminat verəcəyi halda razılaşma ətrafında danışıqların aparılmasına razılıq bildirməsi göstərir ki, tərəflər ABŞ-la müəyyən razılıqlara gəlsələr də, Moskva və Pekini narahat edə biləcək addımlar atmağa da nail olmuşlar. İranın narahatlığı isə İsrail və ABŞ-la münasibətlərin hazırkı durumu fonunda anlaşılandır. Amma Pezeşkianın İrəvana səfəri çərçivəsində İran, yəqin ki, onun regional təhlükəsizlik maraqlarına təhdid yaratmayacaq məsələlər üzrə təminatlar almağa çalışacaq. Bu məsələdə İranın maraqları, şübhəsiz ki, rəsmi Bakı tərəfindən də nəzərə alınacaq.

— Azərbaycanda yaxın illərdə siyasi islahatların hansı istiqamətdə inkişaf edəcəyi gözlənilir?

— Azərbaycanda siyasi islahatların növbəti mərhələsinə ciddi ehtiyac var. İşğal altında olan ərazilərin geri alınması, bu ərazilərdə dövlət suverenliyinin bərpası, regionda yaranmış yeni geosiyasi reallıqlar, ölkənin iqtisadi və sosial durumu, Qarabağa qayıdış planı və həmin ərazilərdə prezidentin fərmanı ilə yeni iqtisadi və inzibati idarəetmə sisteminin tətbiqi siyasi islahatların zəruriliyini gündəmə gətirir.
Azərbaycan Cənubi Qafqazda üç məlum ölkədən biridir. Onlardan ikisində artıq parlamentli respublika idarəetmə sistemi tətbiq olunub. Düşünürük ki, bəlli amillər nəzərə alınaraq respublikamızda da parlamentli respublika və ya qarışıq idarəetmə sisteminə keçid üçün siyasi islahatlar aparıla bilər. İlk olaraq parlament seçkilərində proporsional sistem bərpa edilə, parlamentin tərkibi və səlahiyyətləri genişləndirilə bilər. Ölkənin idarə edilməsində siyasi partiyaların rolunun artması həm dövlətin beynəlxalq nüfuzunu yüksəldər, həm də hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə sanballı töhfə verər.

— Cəmiyyətin xarici siyasətə marağının artması daxili sabitlik üçün nə dərəcədə əhəmiyyətlidir?

— Dövlətin xarici siyasəti onun daxili siyasətinin məntiqi nəticəsi olmalıdır. Sıravi vətəndaşları dövlətin daxili siyasətinin onların sosial rifahına, müdafiəsinə, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığına və yüksək keyfiyyətinə, istehlakçı maraqlarının qorunmasına, kiçik və orta sahibkarlığın inkişafına dəstək kimi məsələlər daha çox maraqlandırır. Xarici siyasət isə dövlətin təhlükəsizliyi və digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlər kontekstində vətəndaşlar üçün əhəmiyyət daşıyır.

Söhbətləşdi: Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri