Icma.az
close
up
RU
Azərbaycanın Avropaya qaz ixracında 2 tələbi var EKSPERT

Azərbaycanın Avropaya qaz ixracında 2 tələbi var EKSPERT

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Slovakiyada rəsmi səfəri zamanı Avropaya qaz nəqlindən danışıb.

Ölkə başçısı qeyd edib ki, Azərbaycanın zəngin qaz yataqları bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb:

“Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.

Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur”.

Avropaya qaz ixracı ilə bağlı Modern.az-a iqtisadçı Akif Nəsirli açıqlama verib.

İqtisadçı vurğulayıb ki, Azərbaycan ötən il ərzində Avropaya təxminən 12 milyard kubmetr qaz ixrac edib. İlkin mərhələdə 4 milyard kub metrdən başlayan bu ixracatın 20 milyard kub metr həcminə çatdırılması planlaşdırılır:

“2022-ci ildə Prezident İlham Əliyev Avropa İttifaqı ölkələri ilə qitəyə ildə ən az olaraq 20 milyard kub metr qaz ixrac etməklə bağlı  memorandum imzalayıb.

Bunun üçün Azərbaycan tərəfinin İttifaq qarşısında qoyduğu iki əsas tələb var.

Avropa ölkələri ixracata investisiya qoymalıdır. Çünki neft-qaz daşınması kifayət qədər böyük xərc tələb edən logistika prosesidir.

Digər şərt Qərbin Azərbaycan qazını nə zamana qədər alacağı məsələsidir.

Almaniyada 70%-ə qədər alternativ enerji mənbələrindən istifadə edilir.  Analoji proses bütün Qitə ölkələrində gedəcək. Yaşıl enerji istifadəsi səbəbi ilə qaz alışından imtina edilməməsi üçün mütləq müddətli müqavilə lazım idi.

Hazırda Avropada yalnız Slovakiya və Macarıstan Rusiya qazını idxal edir. Qalan Avropa dövlətləri Rusiya qazından imtina edib. Slovakiya və Macarıstan imtina etməkdə hələ tərəddüd keçirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri