Icma.az
close
up
RU
Etnik savaş növbəsi Avropaya çatır Ekspert

Etnik savaş növbəsi Avropaya çatır Ekspert

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Zahirən eyni görünsə də, birgə fəaliyyət göstərsələr də, Avropa İttifaqı və ora üzv ölkələr daxilində də müəyyən çəkişmə və ziddiyyətlər mövcuddur".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Rusiya ilə müharibənin başlanması fonunda Avropa İttifaqı ölkələrində daxili düşmənçiliyin alovlanma ehtimalını şərh edərkən deyib:

"Vaxtaşırı bu ziddiyyət və çəkişmələr özünü büruzə verir. İndiki halda, istər Ukrayna, istərsə də Rusiyaya münasibətdə bu məqamlar özünü göstərir. Ümumiyyətlə, son dövrlər Avropa İttifaqına daxil olan dövlətlər daxilində də müəyyən etnik çəkişmələr, ekstremist fəaliyyətlər genişlənib. Bu, bir faktdır. Ola bilsin ki, bu amil hələlik özünü yalnız Rusiya ilə Ukrayna arasında müharibənin başlanması ilə bağlı  göstərir. Bununla yanaşı, qurum daxilindəki çəkişmələr də son nəticədə Avropada etnik problemlərin güclənməsi, bu istiqamətdə çəkişmələrin artmasına gətirib çıxara bilər". 


Həmsöhbətimizin fikrincə, "köhnə qitədə” müharibəyə münasibətdə müxtəlif fikirlər  olduğundan, Qərblə Rusiya arasında başlanması ehtimal edilən müharibə son  nəticədə Aİ ölkələri daxilindəki münasibətləri də gərginləşdirəcək:

"Qərbin əleyhinə olan qüvvələr bu ölkələr daxilindəki müharibə tərəfdarları ilə əleyhdarları arasındakı çəkişmələrə öz maraqları naminə etnik don da geyindirə bilərlər".

Qeyd edək ki, bir sıra ekspertlərin fikrincə, Rusiya ilə müharibə başlasa, bu, Avropa İttifaqı məkanında daxili düşmənçiliyin yenidən alovlanmasına münbit şərait yarada bilər. Onların fikrincə, Avropada "üstü örtülmüş" tarixi milli-etnik ziddiyyətlər yaxın gələcəkdə "qoca qitə" ölkələrinə həmçinin dağıdıcı vətəndaş müharibələri də vəd edir.

Ukrayna savaşının inkişaf istiqamətləri qlobal müharibə əlamətləri ilə yüklənməyə başlayıb. Bəzilərinin iddasına görə, Bayden administrasiyasının səlahiyyətlərinin sona çatmaq üzrə olduğu bir mərhələdə atdığı yolverilməz addımlarla bəşəriyyəti üçüncü dünya müharibəsinə maksimum səviyyədə yaxınlaşdırıb. İddialara görə, Rusiya ilə Qərb arasında başlanması ehtimal edilən müharibə son nəticədə Avropa İttifaqı ölkələri daxilində milli, dini, etnik zəmində çəkişmələrə də gətirib çıxara bilər. Bildirirlər ki, III Dünya müharibəsi "qoca qitə"də baş verəcə və Avropa ölkələri tezliklə bir-birinə qarşı savaş açacaqlar.

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri