Icma.az
close
up
RU
Azərbaycanın avtomobil bazarında dəyişiklik Çin markalarının bazardakı payı artır

Azərbaycanın avtomobil bazarında dəyişiklik Çin markalarının bazardakı payı artır

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Toğrul Maşallı: “Satışda artım göstərən 10 avtomobil markasından 8-i Çinə məxsusdur”

Son iki ildə Azərbaycan avtomobil bazarında diqqətçəkən tendensiyalardan biri yeni avtomobillərin payının artmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2022-ci ildə yeni avtomobillərin ümumi bazardakı payı 5% idisə, 2024-cü ildə bu göstərici 6,4%-ə yüksəlib.

İqtisadçı Toğrul Maşallı bildirir ki, bu rəqəmlər az da olsa, bazarın strukturunda keyfiyyət dəyişikliyindən xəbər verir.

“Lakin maraqlı məqam ondan ibarətdir ki, bu artım köhnə avtomobillərin deyil, orta yaşlı (5–10 il arası) avtomobillərin hesabına baş verib”, - o əlavə edib.

Espert bildirir ki, rəsmi məlumatlara görə, 2024-cü ildə yeni avtomobillərin sayı 20 min artdığı halda, 5–10 yaş arası avtomobillərin sayı 7 min azalıb.

T.Maşallının sözlərinə görə, bununla paralel olaraq, 10 ildən artıq yaşı olan avtomobillərin sayı 33 min nəfər artıb: “Beləliklə, ölkədə avtomobillərin yaş strukturunda müəyyən müsbət dəyişikliklər müşahidə olunmağa başlayıb. Lakin bu prosesin əsas səbəbi əhalinin gəlirlərinin kəskin artması deyil”.

İqtisadçı qeyd edir ki, sosial mediada bu mövzu ilə bağlı aparılan müzakirələrdən də göründüyü kimi, əsas amil Çin istehsalı olan ucuz avtomobillərin bazara kütləvi şəkildə daxil olmasıdır.

“Yəni, insanların alıcılıq qabiliyyəti artmayıb, sadəcə avtomobillərin qiyməti aşağı düşüb”, - o, vurğulayıb.

Ekspert bildirir ki, bununla yanaşı, Bakıda nəqliyyat sektorunda mövcud olan problemlər, taksi fəaliyyətinin genişlənməsi və bu sahədə həyata keçirilən “islahatlar” da avtomobil sayının artımına səbəb olan amillərdəndir:“Rəqəmlər göstərir ki, avtomobil sayındakı ümumi artım əsasən Çin istehsalçıları hesabına baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə faiz nisbətində ən çox artım göstərən 10 avtomobil markasından 8-i Çinə məxsusdur.Bununla belə, say baxımından ilk onluqda yalnız iki Çin şirkəti olsa da, siyahıya daxil olan digər markaların da istehsalı Çində həyata keçirilir.Əksinə, “Toyota”, “Chevrolet” və bəzi digər qeyri-Çin markalarının bazardakı payı azalmaqda davam edi”.

T. Maşallının sözlərinə görə, Azərbaycanda avtomobil modelləri üzrə dəqiq rəsmi statistika aparılmasa da, bəzi distribyutor şirkətlərin təqdim etdiyi məlumatlardan müəyyən nəticələr çıxarmaq mümkündür: “Tədqiqatçıların paylaşdığı statistikaya əsasən, 2024-cü ildə ölkədə ən çox satılan model “Chevrolet Cobalt” olub. Qeyd olunur ki, təqdim edilən məlumatlar il ərzində satılan avtomobillərin təxminən 35%-ni əhatə edir.2023-cü il üzrə satış məlumatı olmayan bəzi modellər isə 2024-cü ildə ilk dəfə satışa çıxarıldığı üçün statistikada yeni görünüb”.

İqtisadçı vurğulayır ki, ümumilikdə, Azərbaycan avtomobil bazarında müşahidə edilən dəyişikliklərÇin markalarının ucuz və daha əlçatan modellərlə bazara daxil olması, taksi sektorunun genişlənməsi və daxili nəqliyyat sisteminin problemləri ilə bağlıdır.

“Bu meyllər, bir tərəfdən, yeni avtomobillərin sayının artmasına və avtomobil parkının “cavanlaşmasına” səbəb olsa da, digər tərəfdən, köhnə və 10 ildən artıq yaşı olan avtomobillərin artımı ekoloji və təhlükəsizlik baxımından problemləri aktuallaşdırır”, -T.Maşallı yekunlaşdırıb.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri