Icma.az
close
up
RU
Azərbaycanın avtomobil bazarında Çin bumu rəqib markalar dözə biləcəkmi? ARAŞDIRMA

Azərbaycanın avtomobil bazarında Çin bumu rəqib markalar dözə biləcəkmi? ARAŞDIRMA

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda Çin istehsalı olan minik avtomobillərinin satışı sürətlə artır. Əgər əvvəllər Bakının küçələrində "kitayski" maşınları nadir hallarda görmək olardısa, indi az qala hər 3 maşından biri Çindən gəlmədir. Onları xüsusilə taksi fəaliyyəti ilə məşğul olanlar alırlar. Bu da təbiidir. Əgər Cənubi Koreya və Yaponiyanın istehsalı olan sedanların qiymətləri azı 30-35 min manatdırsa, onların Çindən olan bəzi analoqlarının qiyməti heç 25 min manata çatmır. Üstəlik, Çin avtomobilləri kifayət qədər funksionaldır, yeni texnologiyalarla təchiz olunublar. Çin maşınlarının satışı o qədər genişlənib ki, onlar hətta Hacıqabul Sənaye Məhəlləsində yığılan minik avtomobillərini belə bazarda sıxışdırmağa başlayıblar. Son nəticədə yerli istehsalçı indiyə qədər 25 min manata təklif etdiyi maşının qiymətini 20 min manata endirməyə məcbur olub. Bir sözlə, ölkənin avtomobil bazarında əməlli-başlı Çin bumu yaşanır.

Bəs bu tendensiya rəqib markalar üçün nə vəd edir? Onlar rəqabətə dözə biləcəkmi? 

Avtosfer.az xəbər verir ki, bu barədə "Report" mövzunu avtomobil bazarı iştirakçıları ilə müzakirə edib.

"Cənubi Koreya və Yaponiya avtomobilləri oturuşub"

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev hesab edir ki, Çin avtomobillərinin satışı əhəmiyyətli dərəcədə artsa da, onlar Cənubi Koreya və Yaponiya avtomobillərini bazardan çıxarmaq gücündə deyil: "Həmin ölkələrin maşınları Azərbaycan bazarında uzun illərdir ki, oturuşmuş, alıcılar arasında güvən qazanmış modellərdir. Onların ehtiyat hissələri asan tapılır, servis imkanları genişdir və ümumilikdə bu avtomobillər risksiz kateqoriyaya aiddir. Odur ki, Cənubi Koreya və Yaponiya avtomobilləri həmişə özünə alıcı tapacaq".

"Çin avtomobilləri ilə bağlı müəyyən risklər var"

Ekspertin sözlərinə görə, Çin avtomobillərinə maraq xeyli artsa da, onlarla bağlı müəyyən risklər var: "Düzdür, Çinin avtomobil sənayesi son illər böyük inkişaf mərhələsinə qədəm qoyub, həmin maşınlar nəinki Azərbaycanda, hətta Avropa bazarlarında da aktiv şəkildə satılır. Hazırda ölkəmizdə Çinin 20-dən çox rəsmi  avtomobil markasının satışı var. Bu markaların rəsmi distribyutorları, salonları, servisləri və ehtiyat hissələri var. Lakin bazarda ölkəyə qeyri-rəsmi şəkildə gətirilən Çin avtomobilləri də var ki, onlar ciddi risklər yaradır. Əksər hallarda bu avtomobillərə zəmanət verilmir, onların ehtiyat hissələri ilə təminatı zəifdir və zavod qüsuru olduğu halda istehsalçının onu geri çağırması sual altındadır. Onu da nəzərə alaq ki, avtomobil yüksək riski olan daşınar əmlakdır. Elektrikli və hibrid modellərdə batareyalarda yaranacaq problemləri kimin həll edəcəyi aydın deyil. İstehsalçı geri çağırma elan etsə, fərdi şəxslərin gətirdiyi avtomobillərlə bağlı məsuliyyəti kim daşıyacaq?”

"Hansısa rəqib markanı bazardan dərhal çıxarmaq olmaz"

Avtomobil bazarı üzrə digər ekspert Elnar Rzayev də hesab edir ki, Çin avtomobilləri nə qədər geniş yayılsa da, onlar eyni regiondan olan rəqiblərini dərhal bu bazardan çıxara bilməyəcək: "Çin avtomobilləri əsasən ucuz və sərfəli kredit şərtləri təklif edildiyi üçün sürətlə satılır. Onların ilkin və aylıq ödənişləri azdır, bu baxımdan alıcıların diqqətini cəlb edirlər. Lakin bizdə Çin avtomobilləri ilə bağlı ictimai rəy tam formalaşmayıb. Onlar yeni olduğu üçün istifadəçilər bu modellərin dözümlülüyü və keyfiyyəti barədə yekdil fikirdə deyillər. Azərbaycanda istənilən yeni məhsul haqqında rəy illərlə formalaşır. Bir neçə ildən sonra bu avtomobillərin keyfiyyət və davamlılığı haqqında daha dəqiq fikir formalaşacaq. Odur ki, Cənubi Koreya və Yaponiya avtomobillərinin satışı davam edəcək".

"Çin avtomobillərinin ehtiyat hissələri o birilərdən baha ola bilər"

Ekspertin sözlərinə görə, Çin avtomobilləri ilə bağlı narahatlıq doğuran məqam onların ehtiyat hissələrinin lazım olan andan 2-3 ay sonra ölkəyə gətirilməsi, üstəlik bəzən Cənubi Koreya və Yaponiya avtomobillərinin ehtiyat hissələrindən baha olmasıdır: “Ehtiyat hissələrinin həm ölkədə hazır stokunun olmaması, həm də qiymətlərin yüksək olması əsas problemlərdir. Bu isə alıcılarda narazılıq yaradır. Ümumiyyətlə, avtomobil bazarının strukturunda baş verən dəyişikliklər təkcə qiymət və tələbatla məhdudlaşmır. Yeni istehsalçıların bazara daxil olması rəqabəti artırsa da, ehtiyat hissələri, servis təminatı və zəmanət məsələlərində hələ də ciddi boşluqlar var. Yaxın illərdə Çin avtomobillərinin keyfiyyəti və davamlılığı daha dəqiq qiymətləndiriləcək. Əgər bu avtomobillər gözləntiləri doğruldarsa, onların bazardakı mövqeyi daha da güclənəcək. Əks təqdirdə isə alıcılar yenidən oturuşmuş markalara üstünlük verəcək. Bütün hallarda, alıcı davranışı, bazar strukturu dinamik şəkildə dəyişməkdə davam edir və bu proses hələ uzun çəkəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Aprel 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri