Azərbaycanın Baş naziri KAICIIDin Baş katibi ilə görüşüb Doğru Xəbərlər
Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini liderlərin qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi bildirilib.
Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.
Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
DOĞRU.AZ
Baxış sayı:149
Bu xəbər 06 Noyabr 2024 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















