Icma.az
close
up
RU
Azərbaycanın basketbol millisi Türkiyədə təlim məşq toplanışı keçəcək

Azərbaycanın basketbol millisi Türkiyədə təlim məşq toplanışı keçəcək

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın oğlan basketbolçulardan ibarət U-18 millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a yığmanın baş məşqçisi Anar Sarıyev məlumat verib.

Mütəxəssis Avropa çempionatının B divizionunun oyunlarına ciddi hazırlaşdıqlarını bildirib: "Avropa çempionatının startına hələ vaxt var. Məşqləri bir ay Bakıda davam etdirəcəyik. İyulun 12-də təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşəcəyik. Yığma orada bir neçə yoxlama matçında qüvvəsini sınayacaq. Daha sonra Avropa çempionatında iştirak etmək üçün Rumıniyaya yollanacağıq".

Sarıyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən təlim-məşq toplanışının ilk mərhələsində güc topladıqlarını söyləyib: "Gürcüstandakı hazırlıq pis keçmədi. Üstünlüyü yoxlama oyunlarına verdik. Çoxlu matçlar keçirmək istəyirdik ki, məşqlərdə qazandığımız təcrübəni görüşlərdə sərgiləyək. Heyətdə yer alan basketbolçuların əksəriyyəti ölkə çempionatında yetərincə forma şansı əldə etməyiblər. Ona görə istədim ki, hər biri meydançaya çıxsın və oyun təcrübəsi qazansın".

Qeyd edək ki, milli iyulun 25-dən avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda mübarizə aparacaq. Yığma qitə birinciliyinin B qrupunda meydan sahibi komanda, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya seçmələri ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 İyun 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri