Icma.az
close
up
RU
“YAP Azərbaycanın inkişafında tarixi rola malikdir”

“YAP Azərbaycanın inkişafında tarixi rola malikdir”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1992-ci ilin noyabrında yaradılan Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycanın ən mürəkkəb dövründə formalaşan bu partiya Ulu Öndərin ətrafında yaradıldı. Çünki xalq həmin mürəkkəb dövrdə xilaskar kimi yalnız Heydər Əliyevi görürdü. Onun siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, sadiqliyi Azərbaycan ziyalılarını böyük siyasətçinin ətrafında birləşdirdi.

Cənab Prezidentin də söylədiyi kimi,  burada, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki 1969-cu ildə Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə olduğu halda Heydər Əliyevin fəaliyyəti nəticəsində 1982-ci ildə qabaqcıl yerlərdə qərarlaşdı. Həmçinin Heydər Əliyevin vətənpərvərliyi,  onun qətiyyəti, cəsarəti, müdrikliyi hər zaman Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Bu yüksək keyfiyyətlər birbaşa Azərbaycan xalqının taleyini həll edirdi. Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövrü isə xüsusilə seçilirdi. Belə ki, mütəmadi olaraq Ermənistanın hücumlarına məruz qalan və hər zaman hədəfdə olan Naxçıvan o vaxtkı Azərbaycan rəhbərliyinin də əsassız  təqiblərinə məruz qalırdı. Blokada şəraitindəki respublikanı bu vəziyyətdən məhz Heydər Əliyev çıxardı.  

Ulu Öndər və onun ətrafında birləşmiş fədakar, vətənpərvər insanlar Naxçıvanı qoruya bildilər. Heydər Əliyev Naxçıvanda saxta referendumun keçirilməsinin də qarşısını qətiyyətlə almışdır. Eyni zamanda müstəqil Azərbaycanın üçrəngli bayrağı ilk dəfə məhz Naxçıvanda qaldırıldı. Bütün bu amillər xalqı xilaskar kimi  Heydər Əliyevin ətrafında birləşdirdi. Məhz belə şəraitdə Yeni Azərbaycan Partiyası yaradıldı. Yəni, son 33 ilin mənzərəsinə baxdıqda aydın olur ki, YAP-ın yaranması tarixi zərurət idi.

Yeni Azərbaycan Partiyasının təsis qurultayının Naxçıvanda keçirilməsi də təsadüfi deyildi. Prezident İlham Əliyev də partiyanın qurultaylarında bəyan edib ki, bu məsələyə Bakıda imkan vermədilər. Çünki Heydər Əliyev fenomenindən qorxurdular. “Öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi”.

Amma xalq öz düzgün qərarını vermişdi. 1992-ci ilin noyabrı gənc müstəqil Azərbaycanın həyatında yeni bir mərhələyə yol açdı. Bu hadisədən 1 il sonra – 1993-cü ilin oktyabr ayında isə Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı. Beləliklə, Azərbaycanın əsl müstəqillik tarixi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Heydər Əliyev hakimiyyətə qayıdana qədər Azərbaycan müstəqil siyasət apara, hətta öz hüdudlarını qoruya bilmirdi. 

1993-cü ildən başlayaraq, AXC-Müsavat cütlüyü tərəfindən qoyulan senzura ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illər Azərbaycanın intibah dövrü kimi tarixə düşdü. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir.

2003-cü ildə isə xalq cənab Prezident İlham Əliyevə etimad göstərməklə əslində Heydər Əliyev siyasətinə səs verdi. Beləliklə, gənc müstəqil Azərbaycanın yeni inkişaf dövrü başladı. Bütün sahələrdə uğura imza atan Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edərək qalib ölkəyə çevrildi. Son 32 ildə Azərbaycanın keçdiyi inkişaf yolu yalnız uğurlarla müşaiyət olunur.

YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP-ın 730.354 üzvü var. 
Son seçkilərin nəticələri də xalqın YAP-a olan yüksək etimadının göstəricisidir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir.

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.
Regionun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edir.

Cənab prezidentin də söylədiyi kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Dövlət başçımız bəyan edib ki, “antimilli ünsürlərlə, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar.”

Hər zaçam dövlətçilik maraqlarını üstüm tutan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rola malikdir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Noyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri