Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Ölkəmizin beynəlxalq mövqeyi davamlı şəkildə güclənir ŞƏRH

Ölkəmizin beynəlxalq mövqeyi davamlı şəkildə güclənir ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlumdur ki, müstəqil, çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu həyata keçirən ölkəmiz regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan "orta güc" kimi mövqeyini gündən-günə möhkəmləndirir. Qeyd edək ki, ölkəmizin mühüm geosiyasi və geoiqtisadi məsələlərdə prinsipial və ədalətli mövqe ortaya qoyması onun beynəlxalq nüfuzunu keyfiyyətcə yeni pilləyə qaldırıb. Xüsusilə Avropa dövlətləri və Avropa İttifaqı (Aİ) institutu ilə dinamik və yüksəksəviyyəli əlaqələrin qurulması xarici siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir. Aİ-yə üzv olan ölkə-lərin dövlət və hökumət başçıla-rının, həmçinin Aİ-nin ali rəhbər-liyinin Bakıya ardıcıl səfərləri Azərbaycanın regional sabitlik, nəqliyyat-logistika və Avropanın enerji təhlükəsizliyində oynadığı əvəzolunmaz rolun açıq etirafıdır. Avropanın aparıcı sənaye və siyasi mərkəzləri ilə qurulan strateji dialoq, Prezident İlham Əliyevin bu günlərdə Almaniyaya rəsmi səfəri və burada imzalanan tarixi sənədlərlə ölkəmiz növbəti möhtəşəm uğurunu qazandı.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə qaldırılmasında mühüm mərhələ oldu. Berlində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan strateji sənədlər və verilən bəyanatlar Azərbaycan ilə Almaniya arasında tərəfdaşlığın yalnız regional deyil, qlobal geosiyasi çəkiyə malik olduğunu bir daha sübut etdi. Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən təməl sənəd kimi çıxış edir. Bəyannamə siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, müdafiə, texnologiya, elm və təhsil sahələrini vahid strateji çərçivədə birləşdirir. Sənəddə nazirlərarası məsləhətləşmələrin və Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyəti vasitəsilə əməkdaşlığın davamlılığını təmin etmək əksini tapıb.
Onu da qeyd edək ki, Berlində mətbuata bəyanatı zamanı dövlətimizin başçısı bu addımın əhəmiyyətini xüsusi vurğuladı: "Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir".
Öz növbəsində mətbuata bəyanatında Kansler Fridrix Merts vurğuladı ki, bu gün Birgə Bəyannaməni imzalamaqla ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin təməl daşı qoyuldu: "Biz Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşırıq. Hazırkı böhran şəraitində xam neftin və "Cənub qaz dəhlizi" ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir". Məlum olduğu kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutur. Ölkəmizin bu etibarlı tərəfdaş mövqeyi Berlin danışıqlarının mərkəzi mövzularından biri oldu.
Prezident İlham Əliyev enerji sahəsindəki genişmiqyaslı əməkdaşlıq barədə məlumat verdi: "Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə "yaşıl enerji"sini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır". Ölkəmizin rəhbəri bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti olduğunu söylədi. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində aparılan müzakirələrdə Orta dəhlizin və tranzit imkanlarının inkişafı xüsusi yer tutub. Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında körpü rolu oynaması logistika sahəsində alman şirkətləri üçün böyük iqtisadi imkanlar yaradır.
Prezident İlham Əliyev mətbuata bəyanatında nəqliyyat və tranzit potensialı haqqında vurğuladı ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir: "Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın".
Onu da diqqətə çatdıraq ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirilən görüşlərdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı rəsmi Berlinin sülh prosesinə verdiyi töhfələri qeyd edərək bildirib ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu: "Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi... ...Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-aman-lığa öz töhfəsini verəcəkdir".
Xüsusilə qeyd edək ki, səfərin ən mühüm nəticələrindən biri də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamənin imzalanması oldu. Hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir və yeni biznes şurasının qarşılıqlı sərmayə qoyuluşlarına əlavə təkan verəcəyi də bəllidir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlində əldə olunan tarixi razılaşmalar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və çəkisini bir daha nümayiş etdirdi. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin mərkəzi qovşağına çevrilməsi onu regional çərçivələri aşan qlobal tərəfdaş səviyyəsinə yüksəldib. Almaniya kimi Avropanın aparıcı siyasi və iqtisadi gücü ilə imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" yalnız iki ölkə arasındakı münasibətlərin institusionallaşdırılması ilə məhdudlaşmır. Bu sənəd həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gələ-cək inkişaf istiqamətini müəyyən edir, regionda davamlı sülhün və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət göstərir. Bir sözlə, digər Avropa ölkəsi İtaliyadan sonra Almaniya ilə də belə bir strateji çərçivənin qurulması Azərbaycanın xarici siyasətinin növbəti parlaq zəfəridir.
Ən əsası, bütün bunlar bir daha sübut edir ki, müasir Azərbaycan etibarlı, öz milli maraqlarını qətiyyətlə qoruyan və regional sabitliyin əsas zəmanətçisi kimi çıxış edən aparıcı "orta güc"dür!
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri