Azərbaycanın bəzi ərazilərində leysan xarakterli yağış yağıb FAKTİKİ HAVA
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə ərazisində iyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.
Şərq küləyi əsib. Küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.
İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.

Azərbaycanın bəzi ərazilərində külək güclənib FAKTİKİ HAVA AZƏRTAC
18 Dekabr 2024 09:37
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur FAKTİKİ HAVA AZƏRTAC
08 Dekabr 2024 11:49
Faktiki hava: Leysan xarakterli yağış, sel...
23 İyun 2025 19:24
Azərbaycanın bəzi yerlərinə qar yağıb FAKTİKİ HAVA
20 Noyabr 2024 09:48

