Icma.az
close
up
RU
Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi?

Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi?

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycanın daşınmaz əmlak bazarında təxminən 3 il bundan əvvəl başlamış qiymət artımı səngimək bilmir.

Hətta bazarda aktivliyin aşağı olmasına baxmayaraq bahalaşma davam edir.

Bəs bu tendensiya nə qədər davam edəcək?

BAKU.WS xəbər verir ki, report müxtəlif dairələrdə aktiv müzakirə obyekti olan mövzunu əmlak ekspertləri ilə müzakirə edib.

Onlardan biri - "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, qiymət artımı təkcə alıcı-satıcı münasibətlərindən deyil, daha ciddi sosial-iqtisadi amillərdən qaynaqlanır: "Bazarda aktivlik zəif olduğu dövrlərdə belə bahalaşmanın davam etməsi bu sahədə yeni iqtisadi trendlərin formalaşdığını göstərir. Əmlakın artıq investisiya vasitəsi kimi dəyərləndirilməsi, tikinti xərclərinin artması, torpaq sahələrinə tələbatın yüksəlməsi və dövlətin həyata keçirdiyi sosial layihələr qiymətlərin aşağı düşməsinə imkan vermir. Əgər bu layihələr davamlı olarsa, bahalaşma bundan sonra da davam edəcək".

Bundan başqa, sədr deyir ki, satış qiymətləri ilə yanaşı kirayə qiymətləri də artmaqdadır: "Təkcə Bakıda 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Bu prosesin davamlı xarakter alması, sakinlərə aylıq kompensasiyalar ödənilməsi kirayə mənzillərə tələbatı əhəmiyyətli dərəcədə yüksəldib. Bu tendensiyanın yaxın aylarda daha da güclənəcəyi gözlənilir".

Onun sözlərinə görə, torpaq sahələrinin qiymətində də davamlı artım müşahidə olunur: "Bu artım bir neçə amillə izah olunur. Əvvəla ölkəmizdə əhalinin sayının artması torpağa tələbatı artırır, bu isə qiymətlərə birbaşa təsir edir. Digər tərəfdən tikinti normaları dəyişir. Bakı şəhərinin 2040-cı ilədək baş planına əsasən yeni tikinti normativləri tətbiq olunur. Artıq daha böyük sahələr tələb olunur, bu da torpağa tələbatı artırır. Əgər əvvəllər bir layihə üçün 20 sot torpaq kifayət edirdisə, indi həmin layihənin reallaşdırılması üçün 30-40 sot ərazi lazım olur".

Bundan başqa, o, əlavə edib ki, urbanizasiya - Bakıya köç və infrastrukturun inkişafı torpaq sahələrinin qiymətinə təsir edən digər mühüm amillərdəndir: "Qiymət artımı ərazilər üzrə dəyişkənlik göstərir – infrastrukturun inkişaf etdiyi zonalarda artım daha yüksəkdir. Məsələn, bəzi yerlərdə pay torpaqlarının qiymətində son illərdə 200-250 %-lik artım qeydə alınıb. Bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyi gözlənilir".

Əmlak bazarı üzrə digər ekspert Ramil Osmanlı isə hesab edib ki, hazırda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları ciddi və əhəmiyyətli deyil: "Aşağı seqmentdə – yəni dəyəri təxminən 200-250 min manatdan aşağı olan mənzillərdə qiymət artımına doğru nisbi meyillər var. Bu, son illər bazara xas olan sabit tendensiyadır və uzun müddətdir ki, dəyişmir. Bununla yanaşı, bazarda elə proseslər baş verir ki, bu da daha çox qiymət artımına səbəb olur. Lakin yüksək seqmentdə – təxminən 350-400 min manatdan yuxarı olan əmlaklarda qiymətlər sabit qalır. Hətta bəzi ərazilərdə qiymətlərdə nisbi azalmalar da müşahidə olunur".

Ekspert əlavə edib ki, hazırda daşınmaz əmlak bazarı ilin I rübü ilə müqayisədə daha sabitdir: "Mövcud proseslər qiymətlərin stabilləşməsinə və bazardakı dinamikanın azalmasına təsir göstərir".

Bundan başqa, onun sözlərinə görə, kirayə mənzil bazarındakı vəziyyət satış bazarındakı vəziyyətdən fərqlənir: "Satış bazarında təklif çox, tələb isə nisbətən azdır. Bu da qiymətlərin müəyyən qədər enməsinə səbəb olur. Lakin kirayə bazarında tələb yüksək olaraq qalır. Təklifdə olan mənzillərin qiymətlərində isə kəskin artımlar müşahidə olunur. Bunun əsas səbəblərindən biri bazarın yenilənməsidir. Köhnə yaşayış massivləri sökülür, köhnə binalar dövriyyədən çıxarılır. Onların yerində inşa edilən yeni binalarda kirayə qiymətləri daha yüksək olur. Paralel olaraq, bu yeni mənzillərin satış qiymətlərində də artım qeydə alınır ki, bu da kirayə bazarında ucuzlaşmasının qarşısını alır və bahalaşma tendensiyasını gücləndirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri