İrandakı etiraz aksiyalarında ölənlərin sayı rekord həddə çatdı Qandonduran rəqəmlər
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran hakimiyyəti ölkədə 28 dekabr 2025-ci ildən başlayan iqtisadi etirazlar zamanı baş verən hadisələrdə ölənlərin sayını açıqlayıb.
Moderator.az xəbər verir ki, İranda etirazlar zamanı baş verən zorakılıqlar nəticəsində 3 min 117 nəfər həyatını itirib. Bu məlumatı İran Şəhid və Qazilər Fondunun Məhkəmə-Tibb İdarəsi yayıb.
Həyatını itirənlərin 2 min 427 nəfəri “silahlı terror qrupları” tərəfindən öldürülən təhlükəsizlik qüvvələri və mülki şəxslərdir. Ölənlərin əksəriyyətinin isə “silahlı hücumlar və terror aktları nəticəsində yoldan keçən vətəndaşlar və etiraz zamanı hədəfə alınan nümayişçilər” olduğu bildirilib.
Qeyd edək ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehrandakı Böyük Bazarda başlayıb və ölkənin bir çox şəhərinə yayılıb. Etiraz aksiyalarının kütləviləşdiyinə görə, 8-9 yanvar tarixlərində ölkədə internetə çıxış məhdudlaşdırılıb.
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Agentliyi (HRANA) isə İranda etiraz aksiyaları zaman ölənlərin sayının 4 min 519 nəfər olduğunu açıqlayıb.
İran lideri Ayətullah Əli Xamenei isə etirazlar zamanı “İsrail və ABŞ-la əlaqəli şəxslərin ölkəyə böyük ziyan vurduğunu və bir neçə min insanın öldüyünü” deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 Yanvar 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















