Icma.az
close
up
RU
Azərbaycanın diplomatik səyləri dünyada haqq və ədalətin bərqərar olmasına xidmət edir

Azərbaycanın diplomatik səyləri dünyada haqq və ədalətin bərqərar olmasına xidmət edir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Son illərdə qardaş Türkiyədə mütəmadi olaraq keçirilən Antalya Diplomatiya Forumu (ADF) artıq qlobal miqyasda nüfuzlu platformalardan birinə çevrilib. Aprelin 11-də başlayan sayca 4-cü Antaliya Diplomatiya Forumu dünyanın diqqət mərkəzindədir. Hazırda dünyada mövcud olan problemlərin müzakirə edilməsi, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumunun builki toplantısında 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak edir.
Nüfuzlu beynəlxalq tədbir kimi ADF-in gündəliyi hazırda dünyada baş verən bütün aktual prosesləri və çağırışları əhatə edir. Forum çərçivəsində müxtəlif formatlarda keçirilməkdə olan çoxsaylı yan tədbirlərdə, panellərdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına və Avropaya qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan bir çox vacib məsələlər ətrafında müzakirələr aparılmaqdadır.
“Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilən və üç gün davam edəcək bu forumun açılış mərasimində Azərbaycan da ən yüksək səviyyədə təmsil olundu. Belə ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin forumda ilk dəfə iştirakı tədbirin əhəmiyyətini daha da artıran bir hadisə kimi qiymətləndirilir. Dövlətimizin başçısının qardaş ölkəyə işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsinə xidmət edir.
Prezidentin Antalya Diplomatik Forumunda iştirakı onu göstərir ki, "Bir millət, iki dövlət" prinsipinə sadiq qalan iki qardaş ölkənin lideri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev təkcə ikitərəfli əlaqələri deyil, həm də regional və qlobal məsələləri birlikdə məsləhətləşərək müştərək qərarlar qəbul edir, razılaşdırılmış addımlar atırlar. Azərbaycanın Türkiyə–İsrail danışıqlarına ev sahibliyi etməsi və Suriya məsələsində Türkiyə ilə birgə müstəvidən çıxış etməyimiz Azərbaycan-Türkiyə birliyinin yeni mərhələyə yüksəlişinin göstəricisidir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etməsi də ölkəmizin sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq proseslərdə fəal mövqe tutmaq, regionun və dünyanın gələcəyinə töhfə vermək istəyindən irəli gəlir. İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü əsnasında Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə ətraflı toxunulub. Eyni zamanda, Əhməd Əl Şaara gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib.
Dövlət başçımızın Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ilə də görüşü olub. Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Şimali Kiprin lideri bildirib ki, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) çox yaxındır və Lefkoşanın ədalətli mövqeyini fəal surətdə dəstəkləyir. Əlaqələrimiz getdikcə daha da möhkəmlənir. Bakıdan çoxlu sayda nümayəndə heyəti, o cümlədən Milli Məclisin deputatları Lefkoşaya səfər edir. Həmçinin, ŞKTC-nin nümayəndə heyətləri Bakıya səfər edir. Əlaqələrin fəal və hərtərəfli inkişafı göz qabağındadır. Digər türk dövlətləri də Şimali Kipr ilə əlaqələrdə Türkiyə və Azərbaycandan nümunə götürməlidirlər.
ADA Universitetində və Antaliyada keçirilən forumlar bölgəmizdəki bütün problemlərin həlli ilə yanaşı, “parçalanan” dünyamızda sülhün və sabitliyin bərqərar olunması baxımından xüsusi önəm daşıyır. Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə və yeni Suriyaya dəstəyi də sülhə və dayanıqlı inkişafa töhfə vermək istəyimizdən irəli gəlir. Azərbaycanın diplomatik səyləri dünyada haqq və ədalətin bərqərar olmasına xidmət edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Aprel 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see287

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see210

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see128

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri