Icma.az
close
up
RU
Azərbaycan diplomatiyası ədalətin bərqərar olmasının qarantına çevrilib

Azərbaycan diplomatiyası ədalətin bərqərar olmasının qarantına çevrilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Kəlbəcərə və Ağdərəyə səfərləri, səfər zamanı keçirilən tədbirlər və görüşlər bir daha Qarabağa həyatın oyanışına verilən önəmin, bu istiqamətdə atılan addımların qətiyyətinin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərin görə, dövlətimizin başçısı Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirdi ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülüb. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur.

“Ümumilikdə avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi Cənubi Qafqazın tarixində dönüş nöqtəsidir. Bu sənədin müəllifliyinin məhz Azərbaycan tərəfinə məxsus olması ölkəmizin həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə qazandığı qələbələrin məntiqi nəticəsidir. Azərbaycan bu sənədlə bir daha göstərdi ki, bölgənin gələcəyini müəyyən edən əsas və ədalətli güc mərkəzi məhz rəsmi Bakıdır”, - deyə siyasi şərhçi əlavə edib.

O qeyd edib ki, Azərbaycanın mövqeyi sənədin hər bir bəndində öz əksini tapıb. Bu həm beynəlxalq hüququn prinsiplərinin bərpası, həm də Azərbaycanın regional liderliyinin dünya miqyasında nümayişi deməkdir.

Vaşinqtonda imzalanan sənədin mühüm siyasi nəticələrindən biri də ATƏT-in Minsk qrupunun artıq tamamilə tarixə qovuşmasıdır. İllərlə fəaliyyətsizliyi və ikili standartları ilə yadda qalan bu qurum Azərbaycanın haqq işini daim kölgədə saxlayaraq münaqişəni həll etməyə deyil, əksinə, uzatmağa xidmət etmişdi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etməyən vasitəçilər öz mövqelərini hər zaman səsləndirdikləri, ikili standartla dolu bəyanatları ilə ifşa edirdilər. Azərbaycan diplomatiyası həmin uğursuz və heç kimə lazım olmayan “missiyanın” tarixin arxivinə göndərilməsinə nail oldu.

“2020-ci ildə qazanılan şanlı Qələbə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi həm hərb, həm diplomatiya, həm də beynəlxalq hüquq müstəvisində Azərbaycanın üstün mövqeyini rəsmiləşdirdi. Vaşinqtonda imzalanan sənəd həmin Qələbənin ardıcıllığı, növbəti diplomatik təsdiqidir. Bu sənəd göstərdi ki, bölgədə sülh Azərbaycanın ədalətli mövqeyinin təmin olunması əsasında mümkündür. Çünki torpaqları işğal olunan, yüz minlərlə vətəndaşı məcburi köçkün həyatı yaşayan məhz Azərbaycan idi. İndi isə haqq-ədalət bərpa olunub və Azərbaycan diplomatiyası ədalətin bərqərar olmasının qarantına çevrilib”, - deyə Ülviyyə Zülfiqar vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri