Icma.az
close
up
RU
Azərbaycanın dünyada qalib ölkə kimi tanınmasının əsasını Ulu Öndər qoyub

Azərbaycanın dünyada qalib ölkə kimi tanınmasının əsasını Ulu Öndər qoyub

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər il dekabrın 12-də xalqımız, eləcə də, dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin Anım gününü böyük el məhəbbəti, minnətdarlıq hissi və ehtiramla yad edir. Bu gün Azərbaycanın dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşulmasının, ölkəmizin sabitlik məkanı kimi tanınmasının və xalqımızın azad, firavan yaşamasının əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İllər bizi Ulu Öndərin cismani yoxluğundan uzaqlaşdırsa da, qüdrətli şəxsiyyət bu gün də hər birimizin qəlbində yaşayır və bundan sonra da yaşayacaq. Tarixə öz adını Azərbaycanın xilaskarı kimi əbədi həkk etmiş Ulu Öndərin həyat və fəaliyyəti hər bir soydaşımızın qürur mənbəyinə çevrilib. 1993-cü ildə - Azərbaycanın müstəqilliyi uçurumun bir addımlığında olduğu bir vaxtda xalqın təkidi ilə ölkəyə rəhbərlik etməyə başlamış Ulu Öndər bu yolda anti-Azərbaycan qüvvələrinin təzyiq və təhdidlərinə baxmayaraq, respublikamızın müstəqilliyini əbədiyyətə çevirdi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan, xalqın etimadını qazanan, insanları arxasınca aparmağa qadir lideri olub. Həmin lider dövlət idarəçiliyindəki zəngin təcrübəsi, siyasi uzaqgörənliyi və qətiyyəti ilə xalqını, Vətənini çətinliklərdən, siyasi və iqtisadi böhrandan xilas edir, beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev də belə görkəmli dövlət xadimlərindəndir. Onun həyat yolu, siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki zəngin təcrübəsi yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Ümummilli Liderin Azərbaycana yenidən rəhbərlik etdiyi illər tariximizə milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

“Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər birimizin ürəyincədir. Əvvəla, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Digər tərəfdən Azərbaycanın bu gün dünyada qalib ölkə kimi tanınmasının əsasını məhz Ulu Öndər qoyub. Yəqin ki, 1990-1993-cü illərin birinci yarısına qədər ölkədə baş verənləri heç kim unutmayıb. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrini xalqımız, gələcək nəsil heç vaxt unutmayacaq. Həmin gün istiqlaliyyət istəyi ilə küçə və meydanlara çıxan əliyalın insanlara sovet rejimi tərəfindən tutulan qanlı divan bu gün də gözlərimiz önündə canlanır. O vaxt ölkəyə rəhbərlik edənlər bütün vasitələrlə imperiya rəhbərliyinə haqq qazandırmağa çalışırdı. Ancaq qanlı faciənin ertəsi gün Ulu Öndər Heydər Əliyev ailə üzvlərinin və özünün həyatını təhlükə qarşısında qoyaraq Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək respublikamızda əliyalın insanlara tutulmuş divan barəsində ətraflı məlumat verdi. Bu hadisədən sonra nə Azərbaycanın ovaxtkı rəhbərliyi, nə də keçmiş SSRİ rəhbərliyi əsl həqiqəti dana bildi”, - deyə komitə sədri vurğulayıb.

Xalqın təkidli xahişindən sonra Ümummilli Lider Heydər Əliyevin ömrünün qalan hissəsini müstəqil Azərbaycanın inkişafına həsr etməsindən də söhbət açan Ç.Qənizadə deyib:

“Bu məqamlar Prezident İlham Əliyevin imzaladığı Sərəncamda da öz əksini tapıb. Sərəncamda qeyd edilirdi ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir”.

Hüquq müdafiəçisi bildirib ki, Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun Ermənistanın 30 illik işğalına son qoymasının, bu gün Azərbaycanın dünyada qalib ölkə kimi tanınmasının əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Ulu Öndər Heydər Əliyevin ideyaları bir-birinin ardınca həyata keçilməsi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Ən əsası isə torpaqlarımızın işğaldan azad edilməsi Ümummilli Liderin ən böyük arzusu idi. Bu arzunu onun ən layiqli varisi Prezident İlham Əliyev reallaşdırdı. Dövlət başçımızın dediyi kimi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 12 Dekabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri