Icma.az
close
up
RU
Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib

Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 May, AZƏRTAC

Azərbaycan Respublikasının əməkdar artisti Səidə Şərifəliyeva Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Dünyanın Musiqisi” adlı beynəlxalq festivalda ölkəmizi təmsil edib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Türkmənistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Türkmənistandakı Səfirliyinin dəstəyi ilə ölkəmizin də təmsil olunduğu bu nüfuzlu tədbir klassik musiqi sahəsində müxtəlif milli musiqi məktəblərini əhatə edən ifaçılar arasında yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və klassik musiqi sənətinin təbliği məqsədini daşıyıb.

Tədbirdə opera ifaçıları, klassik musiqi alətlərinin ifaçıları, həmçinin trio, kvartet və kvintetlərdən ibarət musiqi kollektivləri iştirak ediblər.

Azərbaycanı layiqincə təmsil edən Səidə Şərifəliyevanın ifaları tədbir iştirakçıları və təşkilatçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Onun ifasında səsləndirilən klassik musiqi nümunələri Azərbaycanın zəngin mədəniyyətini və musiqi ənənələrini nümayiş etdirərək, ölkəmizin incəsənət sahəsindəki yüksək potensialını bir daha ortaya qoyub.

İfaçının həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə və bütün dünyada 140 illiyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən təqdim etdiyi nümunələr tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Əməkdar artist Səidə Şərifəliyevanın ifasında səsləndirilən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası” və Türkmənistanın məşhur vokalisti Mənsur Şərifovla birgə ifa etdiyi “Əsgərlə Gülçöhrənin” dueti xüsusi olaraq rəğbətlə qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri