Icma.az
close
up
RU
AMADA rəsmisi ölkəmizi beynəlxalq tədbirdə təmsil edib

AMADA rəsmisi ölkəmizi beynəlxalq tədbirdə təmsil edib

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik beynəlxalq vorkşopunda iştirak edib.

Apasport.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində baş tutan tədbirdə antidopinq sahəsində ən yeni innovasiyalar, qabaqcıl təcrübələr və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Dünyanın müxtəlif ölkələrindən antidopinq ekspertləri, mütəxəssislər və tədqiqatçılar təmiz idmanın təşviqi və ədalətli rəqabət mühitinin qorunması üçün görüşərək gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.

AMADA-nın aparıcı əməkdaşı Qüdrət Səfərov tədbirin əsas sessiyalarından biri olan "Antidopinq təhsilində və idmançıların fəaliyyətində süni intellektin tətbiqi" mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı Q.Səfərov antidopinq təhsilində generativ süni intellekt texnologiyalarının əhəmiyyətindən danışıb. O, təhsil materiallarının hazırlanması, interaktiv söhbət botları və data analitikasının tətbiqi ilə idmançıların effektiv maarifləndirilməsi istiqamətində AMADA-nın təcrübələrini bölüşüb.

Eyni paneldə Q.Səfərov ilə yanaşı, Norveç İdman Elmləri Məktəbi və KU Leuven Universitetinin doktorantı Niko Topias Vuorinen, həmçinin Köln İdman Universiteti Biokimya İnstitutunun Köln Atlet Pasportu İdarəetmə Bölməsinin direktoru Tomas Piper də iştirak ediblər. Vuorinen süni intellekt texnologiyalarının antidopinq sahəsində tətbiqi ilə bağlı fəlsəfi və etik perspektivləri təqdim edib, süni intellektdən istifadə zamanı yarana biləcək etik çətinliklərə diqqət çəkib. T.Piper isə Atletlərin Bioloji Pasport məlumatlarının analizində maşın öyrənməsi alqoritmlərinin tətbiqi ilə dopinq halları aşkarlama imkanları barədə danışıb.

Vorkşop müddətində Ümümdünya Antidopinq Məcəlləsinin yenilənməsi, yarış müddətində həyata keçirilən test prosedurları və antidopinq təşkilatlarında idmançıların iştirakının artırılması məsələləri də geniş müzakirə edilib. Sonda antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin Avropada və dünyada təmiz idmanın təşviqi üçün strateji addımlar müəyyənləşdirilib.

Tədbir iNADO-nun baş icraçı direktoru Peter Van de Vlietin yekun nitqi ilə başa çatıb. Van de Vliet antidopinq sahəsində beynəlxalq əməkdaşlığın və innovativ yanaşmaların əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, antidopinq təşkilatları arasında davamlı dialoq, yeni problemlərə çevik və effektiv cavab verə bilmələri üçün zəruridir. O, iştirakçılara fəal iştiraklarına görə təşəkkürünü bildirib və iNADO-nun qlobal səviyyədə idmanın şəffaflığının və dürüstlüyünün qorunmasına olan davamlı sadiqliyini vurğulayıb.

Formula 1: Azərbaycan Qran Prisi 2025-ə marşal qeydiyyatı başladı - FOTO Polad Rzayev ölkəmizi paralimpiyanın dağ xizəyi növündə təmsil edəcək Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulmasına başlanıb Dünya çempionatının püşkatma mərasimi Bakıda keçiriləcək - Rəsmi İdmançılarımız Afinada 8 medal qazanıblar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri