Icma.az
close
up
RU
Azərbaycanın ən güclü karateçiləri bəlli olub ADLAR FOTO İdman və Biz

Azərbaycanın ən güclü karateçiləri bəlli olub ADLAR FOTO İdman və Biz

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən karate üzrə yeniyetmə və gənclər arasında 29-cu ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 32-ci Azərbaycan çempionatına yekun vurulub.
İdman.biz xəbər verir ki, tədbirin açılış mərasimində əvvəlcə karateçilərin paradı olub.
Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yarışda 50 klub və müxtəlif regionlardan idmançıların iştirak etdiyini vurğulayıb. O, qalib xalqın gənclərinə sadəcə idmanda deyil, bütün sahələrdə uğurlar arzulayıb. Quliyev Azərbaycan karateçilərinin həmişə olduğu kimi, gələcəkdə də bayrağımızı beynəlxalq arenalarda daim yüksəklərə qaldıracağına inandığını söyləyib. Federasiya rəhbəri ölkəmizdə karatenin kütləviliyinin artırılması və perspektivli idmançıların müəyyənləşdirilməsi baxımından belə turnirlərin əhəmiyyətini də qeyd edib.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov isə Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Azərbaycan Karate Federasiyasının ildən-ilə inkişaf etdiyini deyən nazirlik rəsmisi bu idman növü üzrə əldə edilən uğurlardan bəhs edib.
Təntənəli açılış mərasimindən sonra AKF-in prezidenti Quliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Məmmədov, Milli Olimpiya və Paralimpiya Komitələrinin əməkdaşları bir neçə kateqoriyada qalib olmuş karateçiləri təltif edib.
Son yarış günü isə yeniyetmə, gənc və böyüklərin gərgin mübarizəsi ilə yadda qalıb. Çempionat və birinciliyin qalib mükafatçıları diplom və medallarla təltif ediliblər.

4 günün nəticələrinə əsasən, "Təhsil” RİM birinci, "Qaraqaplan” İK ikinci, “Qara Brilyant” İK isə medalların sayına görə üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar milli komandanın heyətində hazırlıqlara cəlb olunacaqlar.
Yeniyetmələr, 14-15 yaş, 29-cu ölkə birinciliyinin qalibləri
Oğlanlar:

52 kq. Vüsal Qəmbərov (Qara Brilyant İK)
57 kq. Əliəşrəf Qafarov (Qaraqaplan İK)
63 kq. Saleh Qasımzadə (Qaraqaplan İK)
70 kq. Murad Dinç (Jaguar İdman Klubu)
+70kq. Raul Səfərəliyev (Mərkəzi Karate Məktəbi)

Kata: Aliksey Lapayev (Arpaçay Karate Klubu)
Qızlar:
47 kq. Miranə Zeynalova (Qara Brilliant İK)
54 kq. Məlahət Məmmədova (Qaraqaplan İK)
61 kq. Aytac Hacızadə (Təhsil RİM)
+61 kq. Aliya Məmmədova (Gəncə AKF)

Kata: Şəlalə Rüstəmova (Qaraqaplan İK)

Gənclər, 16-17 yaş, 29-cu ölkə birinciliyinin qalibləri
Oğlanlar:

55 kq. Əli Səfərov (FHN İSM)
61 kq. Rauf İmanov (Şotokan Karate-do İB)
68 kq. Ələddin Məlikov (Təhsil RİM)
76 kq. Ayxan Ağamirzəyev (Qara Brilliant İK)
+76 kq. Rahib Əzim (Təhsil RİM)

Kata: Salman Salmanov (Mərkəzi Karate Məktəbi)
Qızlar:
48 kq. Sunay Kazımlı (Qaraqaplan İK)
53 kq. Fatma Hacıyeva (FHN İSK)
59 kq. Gülay Orucova (Birlik Karate Klubu)
66 kq. Cansu Əhmədzadə (Qarabağ Karate Klubu)
+66 kq. Ramilə Heydərova (Təhsil RİM)
Gənclər, 18-20 yaş, 29-cu ölkə birinciliyinin qalibləri
Oğlanlar:

60 kq. Fərid Savadov (Təshil RİM)
67 kq. Aslan Dostuyev (Təhsil RİM)
75 kq. Xudaş Ağayev (Təhsil RİM)
84 kq. Nihat Kərimzadə (FHN İSM)
+84 kq. Vahid Həsənov (Fudokan Mərkəz)

Kata: Salman Salmanov (Mərkəzi Karate Məktəbi)
Qızlar:
50 kq. Fatimə Cəbrayılova (Təhsil RİM)
55 kq. İlahə Məmmədova (Arpaçay KK)
61 kq. Oksana Nakoneçna (Arpaçay KK)
68 kq. Aysu Əliyeva (Qaraqaplan İK)
+68 kq. Fatimə Bədəlova (Gəncə AKF)

Kata: Ramilə Heydərova (Təhsil RİM)
Böyüklər, 32-ci ölkə çempionatının qalibləri
Kişilər:

60 kq. Fərid Savadov (Təhsil RİM)
67 kq. Hüseyn Məmmədli (Şotokan Karate-do İB)
75 kq. Rəşid Süleymanov (Təhsil RİM)
84 kq. Turqut Həsənov (Mərkəzi Karate Məktəbi)
+84 kq. Vahid Həsənov (Fudokan Mərkəz)

Kata: Roman Heydərov (Arpaçay Karate Klubu)
Qadınlar:
50 kq. Fidan Teymurova (Qaraqaplan İK)
55 kq. Mədinə Sadıqova (Qaraqaplan İK)
61 kq. Aysu Əliyeva (Qaraqaplan İK)
68 kq. Aysel Qasımova (Qara Brilliant İK)
+68 kq. Bədəlova Fatimə (Gəncə AKF)

Kata: Ramilə Heydərova (Təhsil RİM)
Parakarate, 16 yaşdan yuxarı
Kişilər:
Gözdən zəiflər (K10)
Nihat Məmmədzadə (Parakarate Komitəsi)
Qadınlar:
Gözdən zəiflər (K10)
Emiliya Mitlinova (Parakarate Komitəsi)
Kişilər:
Əlil arabası (K30)
Vidadi Xalıqov (Parakarate Komitəsi)

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Dekabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri