Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Azərbaycanın gələcəyi keçmişin dilində yazıla bilməz... Təhsil eksperti

Azərbaycanın gələcəyi keçmişin dilində yazıla bilməz... Təhsil eksperti

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanda rus bölmələrinin bağlanacağı ilə bağlı yayılan məlumatlar ölkənin təhsil sisteminin illərdir daşıdığı yersiz, funksiyasını itirmiş və milli maraqlara zidd olan bir yükdən qurtulması üçün nadir tarixi fürsətdir. İllərlə "alternativ" adı altında saxlanılan bu bölmələr nə elmi göstəricilər baxımından səmərə verib, nə milli təhsil strategiyasına uyğunlaşıb, nə də cəmiyyətin inkişafına real töhfə verib. Əksinə, rus bölməsi Azərbaycanda sovet dövründən miras qalan bir "paralel təhsil sistemi" olaraq həm pedaqoji, həm hüquqi, həm də strateji baxımdan ciddi ziddiyyətlər yaradıb".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda rusdilli məktəblərin pullu təhsilə keçməsi ilə bağlı təkliflərə rəy verərkən deyib. 

Ekspert xatırladıb ki, rus bölməsi uzun illərdir akademik nəticələr baxımından zəif performans göstərir:


"Dövlət İmtahan Mərkəzinin 2023-cü il üzrə məlumatına əsasən, rus bölməsində iştirak edən abituriyentlərin buraxılış imtahanlarında topladığı orta bal cəmi 111, Azərbaycan bölməsi üzrə bu göstərici 139 baldır. 28 ballıq fərq sadəcə bir rəqəm deyil, bu, rus bölməsindəki tədrisin acınacaqlı vəziyyətinin sübutudur. Bu qədər aşağı nəticəyə rəğmən, rus bölməsi məzunlarının ali məktəblərə daha az balla daxil olması isə absurddur. Həmçinin bu, təhsil sistemində qanunsuz imtiyazların, ədalətsizliyin və sosial narazılığın açıq şəkildə mövcud olduğunu təsdiqləyir. Hətta bəzi ixtisaslarda Azərbaycan bölməsi üzrə 350-360 bal tələb olunduğu halda, rus bölməsindən cəmi 250 balla eyni ixtisasa daxil olmaq mümkündür. Bu, birmənalı şəkildə təhsildə ayrıseçkilikdir, bunun adı "təhsil sistemi” yox, qorunan imtiyazlı modeldir".

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununun 5-ci maddəsində dövlətin vətəndaşlara bərabər təhsil imkanları yaratmaq öhdəliyi vurğulanır:

"Rus bölməsi bu bərabərliyi pozan əsas mexanizmdir. Təhsil mühitində bu cür ikili standartların qorunması yalnız bir nəticəyə gətirib çıxarır: sistemin içəridən çürüməsi, ictimai etimadın itirilməsi və milli gücün zəifləməsi. Daha təhlükəli məqam isə budur ki, rus bölməsi təkcə təhsilin keyfiyyət problemini deyil, özündə həm də milli ideoloji təhdid daşıyır. Bu bölmələr vasitəsilə Azərbaycan təhsil sistemində "alternativ informasiya”, "alternativ baxış” və "paralel dəyərlər” təlqin olunur. Əgər bir təhsil ocağında milli dəyərlərə, tarixə, dövlət dilinə, dövlətçilik anlayışına ikincil mövqedə yer verilirsə, bu təhsil müəssisəsi milli maraqlara qarşı yönəlmiş ideoloji platformaya çevrilir. Bu gün rus bölməsində təhsil alan minlərlə şagird milli kimlikdən uzaq, rusdilli mediaya, rus mədəni təsirinə və rus təfəkkür sisteminə yönəldilir. Bu, sadəcə yumşaq təsir aləti deyil, eyni zamanda informasiya təhlükəsizliyinin sistematik şəkildə pozulmasıdır".


Qlobal dünyada hansı ölkə təhsil sistemini xarici dövlətin dili və ideologiyası üzərində qurur? ABŞ-da məktəblər fransızca, Fransada məktəblər alman dilində fəaliyyət göstərirmi? Ekspert əlavə edib ki, heç bir müstəqil dövlət milli təhsil sistemini başqa bir ölkənin dili üzərində qurmaz:

"Bu nə pedaqoji cəhətdən, nə hüquqi baxımdan, nə də milli suverenlik çərçivəsində qəbul edilə bilən yanaşmadır. Azərbaycanda rus bölməsinin saxlanması isə məhz bu cür ziddiyyətli və zərərli yanaşmanın nəticəsidir. Bu model artıq nə ehtiyacdır, nə seçimdir, köhnə sistemin kölgəsidir, bir zamanlar formalaşmış imperiya zehniyyətinin qalıq strukturudur. Əmək bazarının çağırışları da bu modelin aktuallığını tamamilə təkzib edir. 2023-cü ildə keçirilmiş sorğulara görə, işəgötürənlərin 70%-dən çoxu ingilis dilini əsas üstünlük kimi qeyd edir. Türk dili də mühüm yer tutur. Rus dili isə artıq 10 faizdən aşağı səviyyədə tələbat görür. Müasir texnologiya, süni intellekt, mühəndislik, beynəlxalq ticarət, diplomatiya və biznes sahələrində rus dili tamamilə funksiyasını itirib. Buna baxmayaraq, Azərbaycanın bir qrup gənci hələ də gələcəyin dili deyil, keçmişin dili ilə yüklənir. Bu onların karyera imkanlarının və beynəlxalq rəqabət qabiliyyətlərinin süni şəkildə məhdudlaşdırılmasıdır. Bu mənada rus bölməsi sadəcə savadsızlıq deyil, həm də sosial sabotajdır".

Kamran Əsədov vurğulayıb ki, məsələnin tərəfdarları rus bölməsini guya mədəni zənginlik kimi təqdim etməyə çalışır:

"Ancaq bu zənginlik illərdir sistemin çöküşünə səbəb olur. Həqiqi zənginlik bərabər rəqabət, vahid təhsil standartları və milli dəyərlərlə formalaşan vətəndaş modeli ilə mümkündür. Azərbaycanda rus dili əgər öyrənilmək istəyirsə, xarici dil kimi ayrıca öyrədilə bilər. Bu, heç bir problem deyil. Amma onun təhsilin daşıyıcısına çevrilməsi qəbuledilməzdir. Yayılan məlumatlara görə, növbəti üç ildə rus bölmələrinin mərhələli şəkildə bağlanması planlaşdırılır. Müəllimlər üçün ixtisasartırma kursları keçiriləcək, şagird və valideynlər üçün alternativ istiqamətlər təqdim olunacaq. Bu, düzgün istiqamətdir. Amma proses çox sürətləndirilməlidir. Cəmiyyətə izah verilməli, hər kəs anlamalıdır ki, bu, heç bir qrupun hüququna müdaxilə deyil, milli təhsilin və dövlət maraqlarının müdafiəsidir. Bu islahat ləngidildikcə təhsildə ikili standartlar, aşağı nəticələr və sosial narazılıq daha da dərinləşəcək".


Ekspertin sözlərinə görə, rus bölmələrinin bağlanması ilə təhsil sistemi vahid struktur altında yenidən təşkil olunacaq:

"Ali məktəblərə qəbulda imtiyazlar ləğv ediləcək, təhsilin dili vahidləşəcək, informasiya təhlükəsizliyi təmin olunacaq, milli kimliklə ziddiyyət təşkil edən paralel sistemə son qoyulacaq. Bu islahat yalnız təhsilin deyil, həm də ideoloji və siyasi suverenliyin qorunmasıdır. Təhsil millətin gələcəyidir. Heç bir xalq öz gələcəyini başqa bir xalqın dili ilə formalaşdıra bilməz".

Kamran Əsədov hesab edir ki, rus bölməsinin bağlanması alternativ yox, zərurətdir:

"Bu gün rus bölmənin qalması savadsızlıq, ədalətsizlik və asılılıq deməkdir. Onun ləğvi isə azadlıq, inkişaf və milli gücdür. Azərbaycanın gələcəyi rus dilində yazıla bilməz. Azərbaycanın gələcəyi öz dilində, öz gücü ilə, öz modeli ilə yazılmalıdır. Bu, gələcəyə doğru ilk addım, rus bölməsini tarixə göndərməkdir. Və bu, artıq bugünkü qərardır".

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 İyul 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri