Icma.az
close
up
RU
Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?

Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

1992-ci il iyunun 6-sı Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Məhz həmin gün imzalanan 831 nömrəli fərmanla ölkənin ilk Milli Qəhrəmanları elan olunub.

Modern.az xatırladır ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi zamanı göstərdikləri igidlik və şücaətə görə daxili işlər orqanlarının 11 əməkdaşına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Məhərrəm Seyidov Naxçıvanın Şərur Rayon Polis Şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Sədərək istiqamətində gedən ağır döyüşlər zamanı rəhbərlik etdiyi dəstə ilə düşmənin hücumlarının qarşısını alıb. Son anda döyüş yoldaşlarının mühasirədən çıxmasına şərait yaradaraq özü qəhrəmancasına həlak olub.

İlham Əliyev daxili işlər orqanlarında nümunəvi xidməti ilə seçilən polis zabiti idi. "Mükəmməl polis" döş nişanına layiq görülən İlham Əliyev 1990-cı ilin avqustunda Qazax rayonunun Aşağı Əskipara kəndinin müdafiəsində iştirak edib. Qarın nahiyəsindən ağır yaralansa da, döyüş mövqeyini tərk etməyib və aldığı yaralardan şəhid olub.

Yuri Kovalyov ilk Milli Qəhrəmanlar arasında xüsusi yeri olan şəxsiyyətlərdəndir. Rus əsilli olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda XTMD sıralarında döyüşüb. Ermənilər onun başına böyük məbləğdə pul mükafatı qoymuşdular. Xarici jurnalistlərin "Siz russunuz?" sualına isə "Bəli, mən rusam, Azərbaycan isə vətənimdir" cavabı ilə yadda qalıb. O, 1991-ci ilin oktyabrında Ağdam istiqamətində döyüş tapşırığından qayıdarkən şəhid olub.

Mikayıl Cəbrayılov İkinci Dünya müharibəsində Fransanın Milli Qəhrəmanı adına layiq görülmüş əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun oğlu idi. Şəki Şəhər Polis İdarəsində xidmət edən Mikayıl Qarabağa ezam olunaraq Cəmilli kəndinin müdafiəsində iştirak edib. Pusquya düşən döyüş yoldaşlarını və kənd sakinlərini xilas edərkən son gülləsinə qədər vuruşaraq şəhid olub.

Əlif Hacıyev Xocalı hava limanının rəisi və komendantı kimi şəhərin müdafiəsinin əsas təşkilatçılarından biri idi. O, hava limanını ələ keçirmək istəyən erməni silahlılarını hiyləgər planla geri çəkilməyə məcbur etmişdi. Xocalı soyqırımı gecəsində yüzlərlə sakinin təhlükəsiz əraziyə çıxmasına kömək edib, sonuncu dəfə mühasirədə qalan insanları xilas etmək üçün geri qayıdarkən qəhrəmancasına həlak olub.

Səfərəli Məmmədov Bakıda xidmət etmək imkanı olsa da, öz istəyi ilə Qarabağ cəbhəsinə yollanıb. Ağdam və Xocavənd istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərib. 1992-ci ilin fevralında Qaradağlı faciəsi zamanı rəhbərlik etdiyi dəstə ilə döyüşərkən avtomobilinə qumbaraatan mərmisi dəyməsi nəticəsində şəhid olub.

Yusif Əliyev Bakı şəhər Post-Patrul Xidməti Alayının əməkdaşı idi. Goranboy istiqamətində gedən döyüşlərdə xüsusi fəallıq göstərib. 1991-ci ilin sentyabrında Buzluq kəndində döyüşən hərbçilərə sursat çatdırarkən qəhrəmancasına həlak olub.

Vüqar Hüseynov XTMD sıralarında Xocalı və Goranboy istiqamətlərində döyüşüb. Şəhid jurnalist Salatın Əsgərovanın qətlində iştirak edənlərin müəyyənləşdirilməsi əməliyyatında da mühüm rol oynayıb. 1991-ci ilin iyulunda Goranboyun müdafiəsi zamanı şəhid olub.

Nofəl Quliyev 1990-cı ilin sonunda XTMD sıralarına qoşularaq Füzuli, Goranboy və Qarabağın digər bölgələrində gedən döyüşlərdə iştirak edib. Todan kəndinə hücum zamanı mülki əhalinin təhlükəsiz şəkildə çıxarılmasını təmin edərkən qəhrəmancasına həlak olub.

Mehdi Abbasov Qazaxıstandakı rahat həyatını geridə qoyaraq Vətənə qayıdıb və XTMD-də rota komandiri kimi xidmət edib. Döyüş yoldaşları onu "Mixaylo" ləqəbi ilə tanıyırdı. Məlikcan istiqamətində gedən döyüşdə ön xətdə vuruşarkən snayper gülləsi ilə ağır yaralanıb və şəhid olub.

Valeh Müslümov 1991-ci ildə XTMD-yə qoşularaq Şuşa, Tovuz, Qubadlı və Ağdərə istiqamətlərində keçirilən əməliyyatlarda iştirak edib. 1992-ci ilin aprelində Marquşevan kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə ağır yaralanıb və aldığı xəsarətlərdən vəfat edib.
Qeyd edək ki, indiyədək 226 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Onların böyük əksəriyyətinə bu ad ölümündən sonra verilib. Milli Qəhrəman adına sonuncu dəfə 2025-ci il noyabrın 7-də Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin baş leytenantı Vaqif Qurbanov və Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurov (hər ikisi ölümündən sonra) layiq görülüblər.
Hazırda "Azərbaycanın Milli Qəhrəmanı" adını daşıyan 14 nəfər sağdır. Onlar Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Rövşən Əkbərov, Vahid Quliyev, Mirzə Quliyev, Fəxrəddin Cəbrayılov, Ehtiram Əliyev, Fariz Qəhrəmanov, Mədət Quliyev, Zabit Quliyev, Fariz Mədətov, Mövsüm Məmmədov, Sahil Məmmədov və İbad Hüseynovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see468

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see274

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see268

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see264

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see256

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see252

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see248

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see243

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see234

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see234

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see230

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see223

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see218

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see210

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see208

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see202

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see201

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see191

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see181

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri