Icma.az
close
up
RU
Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var

Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 iyun, AZƏRTAC

Ötən il Özbəkistanda ümumi daxili məhsulun (ÜDM) istehsalı 7,4 faiz, bu il isə 6,8 faiz artacağı gözlənilir. Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın xüsusi rolu var. Belə ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında birləşdirici funksiyanı yerinə yetirir. Azərbaycanın nəqliyyat və tranzit infrastrukturundan instifadə edərək Özbəkistan ixrac potensialını artırır və Avropa bazarlarına çıxa bilir ki, bu da ölkənin ticarət dövriyyəsinin həcmini artırır.

AZƏRTAC xəbər verir ki, bu fikir Özbəkistanın UZA dövlət informasiya agentliyinin saytında yer alıb.

Məqalədə deyilir ki, son illər iki ölkə arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Ötən il həyata keçirilən birgə iqtisadi layihələrin həcmi 30 faiz artıb. Hər iki ölkə 2030-cu ilə kimi ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı planlaşdırıb ki, bunun da həyata keçirilməsi üçün hər iki ölkənin güclü potensialı var. Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini artıran daha bir addım da 10 milyard dollar həcmində qarşılıqlı investisiya fondunun yaradılmasıdır. Dövlətlər arasında yaxınlaşmanın əsasında hər iki ölkənin mədəni, dini və qohumluq əlaqələri dayanır. Mütəmadi olaraq birgə biznes-forumların, hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi və gündəlikdə duran məsələlərin təhlili perspektivdə iqtisadi münasibətlərin vahid sistemə inteqrasiya olunacağını deməyə əsas verir. 2023-cü ildə yaradılan və nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti simvolik olaraq iki ölkənin dostluğunu nümayiş etdirmək üçün deyil, real layihələrin həyata keçirilməsi üçün yaradılıb. Bu gün şirkət yüksək texnologiyaların, emal sənayesinin inkişafına, ixrac potensialının artırılmasına sərmayə yatırır. Şirkət inzibati orqan kimi deyil, sərmayədar kimi fəaliyyət göstərir. Bu gün üçün şirkətin investisiya portfelinin həcmi 144 milyon dollar təşkil edir ki, bu rəqəm də şirkətin aktiv fəaliyyətini göstərir.

Azərbaycan ilə Özbəkistanın birgə investisiya şirkəti yaratmaq təcrübəsi bir nümunə kimi yaxın iqtisadi əlaqələr qurmaq istəyən dövlətlər tərəfindən istifadə oluna bilər və bu, iqtisadi uğurlar qazandırmaq imkanına malikdir.

Müxbir - Rabil Kətanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri