Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ də tanıdılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Turizm Bürosu (ATB) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 14-cü “MALT” (Meetings Arabia & Luxury Travel) Konqresində təmsil olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, konqres çərçivəsində Yaxın Şərq regionunda işgüzar tədbirlər və lüks turizm sahəsində fəaliyyət göstərən aparıcı mütəxəssislər bir araya toplaşaraq sənayenin aktual inkişaf istiqamətlərini müzakirə edir, yeni tərəfdaşlıqlar qurur və əməkdaşlıq perspektivlərini dəyərləndirirlər.
Tədbir müddətində Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20 B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri, eləcə də biznes tədbirlərinin təşkili üçün mövcud infrastruktur və imkanlar haqqında məlumat verilib.
“MALT” Konqresi hər il Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən və “QnA International” tərəfindən təşkil olunan nüfuzlu biznesdən-biznesə turizm və səyahət platforması kimi tanınır.
Bu beynəlxalq platforma işgüzar, korporativ və lüks turizm sahəsində fəaliyyət göstərən peşəkarları bir araya gətirərək, sektor üzrə əməkdaşlığın genişləndirilməsinə və yeni biznes imkanlarının formalaşdırılmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 12 Fevral 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















