Icma.az
close
up
RU
Azərbaycanın kredit reytinqinin yüksəlməsi müsbət siqnaldır.

Azərbaycanın kredit reytinqinin yüksəlməsi müsbət siqnaldır.

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan hökuməti beynəlxalq təcrübələrə uyğun olaraq iki reytinq agentliyi ilə ödənişli müqaviləyə malikdir. Bunlar Fitch Ratings və Moody’s Ratings-dir. Üçüncü olan S&P ilə isə əməkdaşlıq müqavilə çərçivəsindən çıxarılıb. Bu səbəbdən S&P tərəfindən verilmiş reytinq texniki səbəb əsasında emitentin müraciətinə uyğun olaraq, sistemdən götürülüb.
Bəs daha konkret hansı hallarda ölkələr öz reytinq göstəricilərinin çox yüksəlməsinin deyil, sabit qalmasının tərəfdarı olurlar?
Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyib ki, kredit reytinqi bir ölkənin borc öhdəliklərini yerinə yetirmə qabiliyyətini qiymətləndirən beynəlxalq ölçü vahididir. Məhz bu ölçü vahidi ölkəyə maraq göstərən investorların risk qavrayışını formalaşdırır:
"Yəni reytinqlər ölkənin maliyyə sabitliyini, borclanma səviyyəsini, xarici uçotlara davamlılığını, müəyyən göstəricilər əsasında bilavasitə beynəlxalq bazarlara siqnaldır.
Bir sözlə, reytinq nə qədər yüksəkdirsə, ölkə qlobal maliyyə bazarlarında etibarını artırır və daha sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilmə imkanlarına malik olur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin kredit reytinqi yüksək olduqda bunun müsbət təsiri daha ucuz borclanma imkanı yaradır, ölkə investorun etibarını qazanır, maliyyə sektorunda sabitlik güclənir, dövlət layihələrinin maliyyələşdirilməsi optimallaşır.
Müəyyən məqamlarda isə bunun mənfi tərəfləri də ola bilir. Odur ki, beynəlxalq təcrübədə reytinqin geri götürülməsi ilə bağlı hallar olub".
Bunun konkret səbəblərə gəlincə, iqtisadçı qeyd edir ki, adətən bir ölkənin borclanma ehtiyacının aşağı olması halında yüksək reytinqə ehtiyac duyulmaya bilir:
"Məsələn, Azərbaycanın xarici borcu hazırda çox aşağıdır, valyuta ehtiyatlarımızın 1/17 hissəsinə bərabərdir. Belə bir şəraitdə kredit reytinqi ölkənin maliyyə bazarına çıxış üçün həyati (diqqət: həyati) əhəmiyyət daşımır.
Digər tərəfdən, reytinqin saxlanması xərclər və öhdəliklər tələb edir. Azərbaycan kimi ölkələrdə isə borclanmaya ehtiyacın minimum olması bu istiqamətdə xərci azaltmağı daha məqsədəuyğun edir.
Nəzərə alaq ki, "S&P" reytinqi artırarkən, səbəblərdən biri kimi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müsbət amil kimi qeyd edib. Bəzi hallarda bu məsələ dövlətlər üçün həssas mərhələdə kredit reytinqinin yüksəlməsinə kömək edir, amma bununla bərabər siyasi məqamları da ortaya çıxarır. Bunun yaranmaması üçün prosesin müvəqqəti dayandırılması, yaxud geri çevrilməsi nəzəri cəhətdən mümkündür.
Eyni zamanda strateji çevikliyi əldə saxlamaq üçün bəzi ölkələr reytinqin yaratdığı gözlənti çərçivəsindən çıxmağa çalışırlar. Fiskal siyasətdə daha sərbəst qərar vermək üçün kredit reytinqinin bir qədər geri götürülməsi daha məqsədəuyğun hesab edilir.
Ümumilikdə isə Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri