Icma.az
close
up
RU
“Azərbaycanın kredit reytinqinin geri götürülməsi beynəlxalq təcrübəyə uyğun addımdır” İQTİSADÇI

“Azərbaycanın kredit reytinqinin geri götürülməsi beynəlxalq təcrübəyə uyğun addımdır” İQTİSADÇI

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

 “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqlərini yüksəltməsi və daha sonradan geri götürməsi müzakirə obyektinə çevrilib.

Agentlik dekabrın 5-də ölkəmizin uzun və qısamüddətli xarici və yerli valyutada suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib və ölkə üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəldib.

Lakin bunun ardınca reytinqlər emitentin, yəni Azərbaycan tərəfinin müraciəti əsasında geri götürülüb.

Ölkə tərəfindən kredit reytinqinin azaldılması səbəbləri açıqlanmasa da, oxşar təcrübə beynəlxalq bazarlarda kifayət qədər rast gəlinən haldır.

Bununla yanaşı, beynəlxalq agentlik ölkənin proqnozun yaxşılaşdırılması barədə qərarını Azərbaycanla Ermənistan arasında gərginliyin azalması, davamlı deeskalasiya, sülh razılaşmasına doğru irəliləyiş və hər iki ölkədə 2026-cı il büdcəsində müdafiə xərclərinin azaldılması ilə bağlı gözləntilərlə əsaslandırıb.

Maliyyə Nazirliyi isə məsələyə münasibət bildirərək “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Bildirilib ki, Azərbaycan beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir:

“Bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi (“Fitch”, “S&P Global Ratings”, “Moody’s”) ilə əməkdaşlıq həyata keçirilib, həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited rating”) agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib.

Beynəlxalq təcrübədə bu üç aparıcı beynəlxalq reytinq agentliyindən ikisi tərəfindən qiymətləndirmə geniş tətbiq edilən institusional təcrübədir. Bu təcrübədən çıxış edərək, Azərbaycan son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik (“Fitch”, “S&P Global Ratings”) vasitəsilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə isə (“Moody’s”) müqavilə öhdəlikləri olmadan, yəni Azərbaycan tərəfindən hər hansı ödəniş edilmədən həyata keçirib.

Bu dövr ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit reytinqi artıb və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlib. Belə ki, agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib. Hər iki reytinq agentliyi Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik olmasını, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasını, aşağı dövlət borcu və müsbət büdcə göstəricilərinin iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığını təmin etdiyini vurğulayıb.

Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Əldə olunan uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə imzalanan müqavilələr çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata keçirilməsi təmin olunub.

İki agentliyin qiymətləndirilməsinin beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət etdiyi nəzərə alınaraq, “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi nəzərdə tutulub.

Maliyyə Nazirliyi növbəti illərdə də Azərbaycan Respublikasının suveren kredit reytinqinin qiymətləndirilməsi ilə bağlı aparıcı beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığını davam etdirəcək və ölkəmizdə müşahidə olunan fundamental və davamlı inkişafın kredit reytinqlərində əks olunması üçün tədbirlər görəcək”.

Gununsesi.info -bildirir ki, iqtisadçı Eldəniz Əmirov mövzunu belə şərh edib:

“Bir çoxları sual verir ki, niyə Azərbaycan tərəfi kredit reytinqinin yüksəlməsinə rəğmən onu geri götürüb?

Düzdür, bununla bağlı rəsmi açıqlama var. Amma suallar yenə davam edir.

Belə ki, bununla bağlı suallar yarandığı üçün Maliyyə Nazirliyi rəsmi qurum statusuna uyğun olaraq yetəri qədər peşəkar açıqlama verib. Açıqlamanın mətni geniş olduğu üçün jurnalistlər tərəfindən daha konkret izahı xahiş edilir.

Odur ki, bu açıqlamanın qısa formada izah belədir: Azərbaycan hökuməti beynəlxalq təcrübələrə uyğun olaraq iki reytinq agentliyi ilə ödənişli müqaviləyə malikdir. Bunlar Fitch Ratings və Moody’s Ratings-dir. Üçüncü olan S&P ilə isə əməkdaşlıq müqavilə çərçivəsindən çıxarılıb. Bu səbəbdən S&P tərəfindən verilmiş reytinq texniki səbəb əsasında emitentin müraciətinə uyğun olaraq, sistemdən götürülüb.

Bəs daha konkret hansı hallarda ölkələr öz reytinq göstəricilərinin çox yüksəlməsinin deyil, sabit qalmasının tərəfdarı olurlar?

Əvvəlcə nəzərə alaq ki, kredit reytinqi bir ölkənin borc öhdəliklərini yerinə yetirmə qabiliyyətini qiymətləndirən beynəlxalq ölçü vahididir. Məhz bu ölçü vahidi ölkəyə maraq göstərən investorların risk qavrayışını formalaşdırır. Yəni reytinqlər ölkənin maliyyə sabitliyini, borclanma səviyyəsini, xarici uçotlara davamlılığını, müəyyən göstəricilər əsasında bilavasitə beynəlxalq bazarlara siqnaldır”.

Eldəniz Əmirov qeyd edib ki, reytinq nə qədər yüksəkdirsə, ölkə qlobal maliyyə bazarlarında etibarını artırır və daha sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilmə imkanlarına malik olur:

“Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin kredit reytinqi yüksək olduqda bunun müsbət təsiri daha ucuz borclanma imkanı yaradır, ölkə investorun etibarını qazanır, maliyyə sektorunda sabitlik güclənir, dövlət layihələrinin maliyyələşdirilməsi optimallaşır.

Müəyyən məqamlarda isə bunun mənfi tərəfləri də ola bilir. Odur ki, beynəlxalq təcrübədə reytinqin geri götürülməsi ilə bağlı hallar olub.

Bunun konkret səbəblərə gəlincə, adətən bir ölkənin borclanma ehtiyacının aşağı olması halında yüksək reytinqə ehtiyac duyulmaya bilir.

Məsələn, Azərbaycanın xarici borcu hazırda çox aşağıdır, valyuta ehtiyatlarımızın 1/17 hissəsinə bərabərdir. Belə bir şəraitdə kredit reytinqi ölkənin maliyyə bazarına çıxış üçün həyati (diqqət: həyati) əhəmiyyət daşımır”.

İqtisadçı qeyd edib ki, reytinqin saxlanması xərclər və öhdəliklər tələb edir:

“Azərbaycan kimi ölkələrdə isə borclanmaya ehtiyacın minimum olması bu istiqamətdə xərci azaltmağı daha məqsədəuyğun edir.

Nəzərə alaq ki, “S&P” reytinqi artırarkən, səbəblərdən biri kimi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müsbət amil kimi qeyd edib. Bəzi hallarda bu məsələ dövlətlər üçün həssas mərhələdə kredit reytinqinin yüksəlməsinə kömək edir, amma bununla bərabər siyasi məqamları da ortaya çıxarır.

Bunun yaranmaması üçün prosesin müvəqqəti dayandırılması, yaxud geri çevrilməsi nəzəri cəhətdən mümkündür.

Eyni zamanda strateji çevikliyi əldə saxlamaq üçün bəzi ölkələr reytinqin yaratdığı gözlənti çərçivəsindən çıxmağa çalışırlar. Fiskal siyasətdə daha sərbəst qərar vermək üçün kredit reytinqinin bir qədər geri götürülməsi daha məqsədəuyğun hesab edilir.

Ümumilikdə isə Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri