Icma.az
close
up
RU
Azərbaycanın kulturoloji tolerantlığı: YYSİB nin yeni kreativ layihəsi

Azərbaycanın kulturoloji tolerantlığı: YYSİB nin yeni kreativ layihəsi

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsini həyata keçirməyə başlayıb.

YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, reallaşdırılmasına başlanılan üçaylıq  layihə 1 iyun – 31 avqust 2025-ci il tarixlərində həyata keçiriləcık və geniş fəaliyyət planına malikdir. Müxtəlif fəaliyyət növləri – real tədbir, virtual aksiya, e-sərgi, sosial şəbəkələrdə kreativ kampaniyayla yanaşı, kitabxana.net portalında xüsusi olaraq yaradılan “Azərbaycanın kulturoloji tolerantlığı” adlı altbölümdə silsilə formatlı 10-dan çox elektron kitabın rəqəmsallaşdırılması, ictimai yayımı, təqdimat mərasiminin keçirilməsi, eləcə də mövzunu əhatə edəcək 4 buraxılış İnternet TV verilişin çəkilməsi, montajı, yayımlanması nəzərdə tutulur. Azərbaycanda yaşayan xalqların bəzilərinin ana dillərində yazdıqları əsərlərdən ibarət ədəbiyyat, kulturoloji İnternet resursu, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqların da qismən doldurulmağa yönələn layihə komandası artlıq işinə başlayıb.

Bu günlərdə Layihə komandasının geniş açıqlamasında isə bildirilir ki, ölkəmizdə yaşayan xalqların Azərbaycanca və öz dillərində ədəbiyyatları, folkloru, etnoqrafiyası, multikultural və tolerant dəyərləri  araşdırılaraq gənc nəsilə tanıdılması, sevdirilməsi də əsas məqsədlərdən biridir. İnternet dövrdə etnik dillərdə yazıb-yaradan düşüncə adamlarının yaradıcılığını, xalqlarımızın yerli dillərini yaşatmaq, mədəniyyətlərini yaymaq üçün kreativ platforma, resurslar sosial şəbəkə və yeni media kontenti yaratmaq vacibdir. Yerli xalqların/etnik qrupların dərslik, kitab, başqa e-nəşrlərini çapa hazırlayaraq yaymaq üçün vahid İnternet resursuna ehtiyac duyulur. Layihənin əsas məqsədi də bu kulturoloji sərvəti ölkəmizdə təbliğ etmək, dünyaya, indiki və gələcək nəsillərə çatdırmaqdır.  Bu mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual kreativ-humanitar fəaliyyətlərinin əsas ideoloji istiqamətindən biri də post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün respublikamızda yaşayan xalqlar arasında həmrəyliyi daha da möhkəmləndirməyə nail olmaqdır. Dünyada gedən mürəkkəb geo-siyası proseslər, xüsusə nə qonşu ölkələrdəki münaqişələr, iqtisadi çətinliklər, qlobal iqtisadiyyatda böhran, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alır. II Qarabağ müharibəsindəki Zəfərin – Qələbənin enerjisini Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gənclərə yönəltmək vacibdir. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni texnoloji alətləridir.

Ölkəmizin indiyə qədər qazandığı milli-mədəni dəyərlər, mədəni-tarixi, humanitar-estetik sərvətlərin, xüsusən də müxtəlif xalqların mental-kreativ imkanları İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi üçün yaradılması vacib bu cür elektron resurslardan daha geniş istifadə yeni nəslin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, fərqli kreativ-kulturoloji formatlar tələb edir.

Fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda e-nəşrlərin, sosial media məhsullarının hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək “Azərbaycanın kulturoloji tolerantlığı” seriasından silsilə elektron kitablarını rəqəmsal nəşri, İnternet TV formatlı verilişlərin hazırlanaraq nümayişi, e-kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, təqdimatlar  vasitəsilə gənclərin motivasiya edilməsi layihənin əsas vəzifələrindən sayılır.

Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə cəmiyyətimizin daha sürətli mədəni, sivil, intellektual inkişafına nail olmaqdır.  Qlobal İnformasiya Resurslarında – İnternetdə Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanmasına da çalışılacaq. Dünyadakı soydaşlarımız üçün elektron resurs, Azərbaycan e-kitabları, alternativ imkanlar yaradılacaq, milli təhsil və kitab mədəniyyəti inkişaf etdiriləcək.

Layihə, ümumən, Azərbaycan ərazisində, xüsusən də Bakı və Lənkəran şəhərində, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsi ilə  soydaşlarımız yaşayan dünya ölkələri əhatə edir. Layihədən, əsasən, məktəbli və tələbələr, eləcə də alternativ – məsafəli təhsil həvəskarları – müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələcək.

Son nəticədə mədəniyyətə, etnik, kulturoloji yaradıcılığa və kreativ sahələrin inkişafına xidmət edəcək layihə paytaxt və regionlarda ədəbi-mədəni sahələrdə bacarıqların inkişafını təşviq edən tədbirlərin, neo-maarifləndirici təşəbbüslərin həyata keçirilməsinə yönəlib. Layihə komandasının planına görə, yeni elektron kitablar, e-nəşrlər, şəbəkə ədəbiyyatı nümunələri hazırlanacaq, virtual oxu/mütaliə və e-yazı vərdişləri formalaşdırılacaq, elektron resurslar yaradılacaq, xalqlarımızın dilləri, ədəbiyyatları, mədəniyyətləri, əsərlər təbliğ olunacaq. Azsaylı xalqlarımızın və etnik azlıqların anadilli mədəniyyətin əsas hissəsini təşkil edən folklor, ədəbiyyat, çağdaş əsərlər, elektron kitablarla bağlı  məlumatların sayı İnternetdə çox azdır. Layihə bu istiqamətdə boşluqları dolduracaq, eləcə də II Qarabağ müharibəsində Azərbaycanı sevədiklərini sübut edən yaradıcı qələm adamlarına öz ana dillərində əsərlər yazmağa motivasiya verilər. Etnik dillərdə yazıb-yaradan yazarlara şəbəkə və e-kitab estetikasıyla tanış olaraq ÜmumAzərbaycan mədəniyyətinin yeni qatlarını yaratmaq istiqamətində öz töhfələrini verəcəklər.

Bu layihədə növbəti dəfə sistemli şəkildə Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti, ədəbiyyatı, folkloru, yaradıcı potensialı haqqında İKT və vizual-virtual formatlarda müraciətlər olunacaq, elektron kitabxana vasitəsi ilə təbliğ və tanıtımı aparılacaq. İnternet, İnformasiya-Komunikasiya Texnologiyaları, yeni virtual və smart alətlərdən yararlanmaq planlaşdırılır.  Sonuncu mərhələ kimi  kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun  genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Layihə Azərbycandakı azsaylı xalqların xalqının milli mədəniyyəti – ədəbiyyatı, estetik-kreativ, folklor-kulturoloji sərvətləri,etnik dillərdə yazan yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.


Hidayət – Ayxan Əbilli

YYSİB sədr müavini,

Analitik İnformasiya Bölümünün əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri