Azərbaycanın makroiqtisadi göstəriciləri və strateji inkişaf prioritetləri Cənubi Qafqazda əsas iqtisadi lider mövqeyini gücləndirir
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, makroiqtisadi sabitlik baxımından Azərbaycan region ölkələri ilə müqayisədə daha əlverişli mövqedədir. 2025-ci ildə xarici dövlət borcunun 4,9 mlrd ABŞ dollarına enməsi və ÜDM-də payının cəmi 6,4 faiz təşkil etməsi fiskal risklərin məhdud olduğunu göstərir. Eyni zamanda ölkənin valyuta və qızıl ehtiyatlarının 83,6 mlrd ABŞ dollarına çatması və xarici borcu 17 dəfə üstələməsi Azərbaycanın xarici iqtisadi şoklara qarşı yüksək dayanıqlığa malik olduğunu nümayiş etdirir. İqtisadçının fikrincə, bu göstəricilər dövlətin maliyyə manevr imkanlarını genişləndirir və uzunmüddətli iqtisadi sabitlik üçün etibarlı baza formalaşdırır.
Əli Səlimov
“Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsi də makroiqtisadi idarəetməyə olan etimadın artdığını təsdiqləyir. Kredit reytinqinin yaxşılaşması ölkəyə münasibətdə risk qavrayışını azaldır, maliyyə resurslarına çıxışı asanlaşdırır və uzunmüddətli xarici investisiyalar üçün daha əlverişli mühit yaradır.
Bakıda keçirilən I Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 10 mlrd ABŞ dollarından çox layihə üzrə sənədlərin imzalanması da Azərbaycanın regional investisiya mərkəzi kimi mövqeyinin gücləndiyini göstərən praktik göstərici kimi çıxış edir.
Post-münaqişə dövründə azad edilmiş ərazilərin bərpası isə iqtisadi liderliyin uzunmüddətli perspektivini müəyyən edən əsas istiqamətlərdən biridir. Prezidentin 2025-ci ildə regionlara həyata keçirdiyi 46 səfərin 31-nin azad edilmiş əraziləri əhatə etməsi Qarabağın bərpasının dövlət siyasətində prioritet mövqe tutduğunu göstərir. Bu ərazilərin iqtisadi dövriyyəyə qaytarılması yeni investisiya imkanları yaradır, regional inkişafı stimullaşdırır və ölkənin ümumi iqtisadi potensialını genişləndirir”-deyən Əli Səlimov bildirib ki, aşağı xarici borc səviyyəsi, yüksək valyuta və qızıl ehtiyatları, investisiya dərəcəsinə yüksəlmiş kredit reytinqləri və Qarabağın bərpasına yönəlmiş ardıcıl siyasət Azərbaycanın Cənubi Qafqazda əsas iqtisadi lider mövqeyini möhkəmləndirən fundamental amillər kimi çıxış edir.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 09 Yanvar 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















