Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Azərbaycanın MDB də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Azərbaycanın MDB də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 9 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Türkmənistanın “Avaza” milli turizm zonasında MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Qeyd edək ki, sürətli qlobal geosiyasi və geoiqtisadi proseslərin getdiyi müasir dövrdə regional əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması beynəlxalq münasibətlər sisteminin əsas istiqamətlərindən birinə çevrilir. Bu baxımdan Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında siyasi dialoqun davam etdirilməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm platformalardan biri kimi çıxış edir. Azərbaycan MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verən dövlətlərdən biridir. Ölkəmiz təşkilata üzv olduğu ilk gündən qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar əsasında münasibətlərin inkişaf etdirilməsi siyasətinə sadiqdir. Azərbaycanın MDB məkanındakı fəaliyyəti yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələr və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir.

Son illərdə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində fəal iştirakı, Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzə çevrilməsi və çoxtərəfli əməkdaşlıq formatlarında artan rolu MDB çərçivəsində də ölkəmizin mövqeyini gücləndirir. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regionda strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi çıxış edir.

Bu baxımdan bugünkü iclas xüsusilə əhəmiyyətlidir. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanın 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr kimi fəaliyyət göstərəcəyi isə ölkəmizin təşkilat daxilində artan siyasi çəkisinin və tərəfdaş dövlətlər arasında qazandığı etimadın göstəricisidir.

AZƏRTAC MDB Dövlət Başçıları Şurası iclasının əhəmiyyətinə və platformanın əsas xüsusiyyətlərinə qısa nəzər salır.

MDB regional əməkdaşlığın mühüm platforması kimi

Müstəqil Dövlətlər Birliyi yarandığı gündən üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əlaqələrin qorunması və inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Təşkilatın əsas məqsədlərindən biri dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün platforma yaratmaq, ortaq maraq doğuran məsələlərin müzakirəsini təmin etmək və müxtəlif sahələrdə əlaqələndirilmiş fəaliyyət həyata keçirməkdir.

Müasir dövrdə dəyişən geosiyasi reallıqlar fonunda MDB-nin əhəmiyyəti daha da artır. Qlobal iqtisadi çağırışlar, yeni nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələləri və regional inkişaf perspektivləri üzv dövlətlər arasında daha sıx koordinasiyanı zəruri edir. Bu baxımdan MDB çərçivəsində dövlət başçıları səviyyəsində keçirilən görüşlər yalnız fikir mübadiləsi platforması deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi mühüm siyasi mexanizm rolunu oynayır.

Azərbaycanın MDB-də iştirakı da məhz bu yanaşmaya əsaslanır. Ölkəmiz təşkilat çərçivəsində öz milli maraqlarını təmin etməklə yanaşı, regional əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Rəsmi Bakının enerji, nəqliyyat və logistika imkanları MDB məkanında iqtisadi əlaqələrin genişlənməsi üçün mühüm potensial yaradır.

MDB-də sədrlik mexanizmi təşkilatın fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Sədrlik rotasiya prinsipi əsasında həyata keçirilir və hər bir iştirakçı dövlət növbə ilə bu məsuliyyəti üzərinə götürür. Sədr ölkə təşkilatın cari fəaliyyətini əlaqələndirir, gündəliyi müəyyənləşdirir və öz ərazisində əsas Zirvə görüşlərinə ev sahibliyi edir. Həmsədrlik mexanizmi isə təşkilatda davamlılığın qorunmasına xidmət edir. Əvvəlki ildə sədr olmuş və növbəti ildə sədrliyi qəbul edəcək ölkələr həmsədr kimi çıxış edirlər. Bu yanaşma idarəetmədə ardıcıllığı təmin edir, təcrübə mübadiləsinə imkan yaradır və təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasını şərtləndirir. 2026-cı ildə MDB-yə Türkmənistan sədrlik edir. Tacikistan 2025-ci ildə sədr olduğu, Özbəkistan isə 2027-ci ildə sədrliyi qəbul edəcəyi üçün hazırda həmsədr qismində çıxış edir. Bu mexanizm təşkilatda idarəetmənin davamlılığını və qərarların ardıcıl icrasını təmin edən əsas vasitələrdən biridir.

Avaza Sammiti MDB-nin gələcək prioritetlərini müəyyənləşdirir

MDB Dövlət Başçıları Şurasının Avaza iclası təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Görüşün gündəliyində təşkilatın gələcək inkişafı, sədrlik məsələləri və üzv dövlətlər arasında əməkdaşlığın yeni istiqamətləri ilə bağlı mühüm məsələlər yer alır.

Sammitdə 2027-ci ildə MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, 2028-ci ilin “Sosial inkişaf və həyat keyfiyyəti ili”, 2029-cu ilin isə “Nəqliyyat bağlılığı ili” elan edilməsi kimi məsələlər müzakirə olunur. Bu təşəbbüslər MDB-nin yalnız siyasi dialoq platforması kimi deyil, həm də sosial-iqtisadi inkişaf istiqamətlərində əməkdaşlıq mexanizmi kimi rolunu gücləndirir. “Sosial inkişaf və həyat keyfiyyəti ili” təşəbbüsü əhalinin rifahının yüksəldilməsi, sosial siyasətin təkmilləşdirilməsi, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. “Nəqliyyat bağlılığı ili” təşəbbüsü isə regionun nəqliyyat-kommunikasiya şəbəkəsini genişləndirmək, tranzit potensialını artırmaq və yeni logistika marşrutları formalaşdırmaq üçün mühüm imkanlar açacaq.

Sammitin yekununda dövlət başçıları tərəfindən bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Bu sənədlər MDB çərçivəsində siyasi, iqtisadi və humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açacaq.

Beləliklə, Avaza Sammiti MDB-nin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə olmaqla yanaşı, Azərbaycanın təşkilat daxilindəki nüfuzunu da göstərir. Ölkəmizin 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr statusunda fəaliyyət göstərməsi və idarəetmə mexanizmlərində fəal iştirakı rəsmi Bakının regional əməkdaşlığa verdiyi mühüm töhfələrin təzahürüdür. Bu fəaliyyət, eyni zamanda, Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz təzahürüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri