Xəzərdə günlərdir ac susuz qalan 80 neftçi ilə bağlıSOCAR dan AÇIQLAMA
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəzərdə çalışan 70-80 neftçinin növbə dəyişdirilmədiyi üçün günlərdir dənizdə qaldığı, ərzaq və içməli su ehtiyatlarının tükəndiyi bildirilir. Bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat yayıb. Onun sözlərinə görə, Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3-cü mədənində çalışan işçilərin növbəsi noyabrın 5-də dəyişdirilməli olsa da, bu, indiyədək mümkün olmayıb.
"Növbəni nə vaxt dəyişdiriləcəkləri də hələ məlum deyil. İnsanlar dənizdə qalıb. Su, çörək, yemək, siqaret ehtiyatları qurtarıb. Gəminin nə vaxt gələcəyi barədə dəqiq məlumat da verilmir. Vəziyyət çox acınacaqlıdır. Mövcud vəziyyət insanların psixologiyasına təsir edir – həm işə gələ bilməyənlərin, həm də dənizdə olanların. Neftçi nə qədər suyun üstündə, ağır şəraitdə qalmalıdır? Təminat yoxdur, işıqlar da sönüb. Vəssalam, həyat şəraiti sanki qədim daş dövründəki kimidir. Maraqlanan yoxdur. Belə iş, belə növbə dəyişmək zülmdür. Qara fəhlə nə qədər əziyyət çəkməlidir? Gəmi yoxdur, şərait yoxdur, həyatımızla oynayırlar. Bir parça çörək qazanmaq istəyirik, imkan vermirlər", - deyə NHMT sədri qeyd edib.
Məsələ ilə bağlı SOCAR-dan "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, “Azneft” İstehsalat Birliyinin (İB) dənizdə yerləşən neft və qazçıxarma idarələrində çalışan əməkdaşların növbə dəyişməsinin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınması dəniz əməliyyatlarında vaxtaşırı rast gəlinən haldır.
Qurumdan qeyd edilib ki, Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3 saylı neft və qazçıxarma sahəsində, eləcə də dənizdə yerləşən digər idarələrdə növbə dəyişməsinin gecikməsinin əsas səbəbi son günlər Xəzər dənizində müşahidə olunan güclü külək və fırtınalı hava şəraitidir
SOCAR-ın açıqlamasında vurğulanıb ki, hava şəraiti imkan verdikdə mövcud gəmi resurslarından səmərəli istifadə olunması, alternativ gəmilərin cəlb edilməsi və aidiyyəti qurumlarla koordinasiya tədbirlərinin həyata keçirilməsi yolu ilə növbə dəyişməsi təmin ediləcək:
"Eyni zamanda, növbə dəyişmə müddətinin uzanması nəzərə alınaraq, yedək və digər təyinatlı gəmilər vasitəsilə dəniz özüllərinə zəruri ərzaq və içməli su ehtiyatlarının çatdırılması təmin edilir. Beləliklə, dəniz özüllərində çalışan əməkdaşların gündəlik tələbatlarının ödənilməsində hər hansı çətinlik mövcud deyil".
SOCAR-dan bildirilib ki, mövcud hava proqnozları nəzərə alınmaqla, əlverişli hava şəraitinin gözlənildiyi 14 noyabr 2026-cı il tarixindən etibarən “Azneft” İB-nin dəniz platformalarında növbə dəyişmə əməliyyatlarının normal rejimdə bərpası planlaşdırılır:
"Bununla belə, ayrı-ayrıdəniz ərazilərində növbə dəyişmə əməliyyatları mərhələli şəkildə davam etdirilir. Hərzaman olduğu kimi, əsas məqsəd növbə dəyişmə əməliyyatlarının dənizdətəhlükəsizlik tələblərinə tam riayət olunmaqla həyata keçirilməsidir".
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 13 Noyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















