Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Azərbaycanın mədəni irsi: Keçmişdən gələcəyə uzanan yol

Azərbaycanın mədəni irsi: Keçmişdən gələcəyə uzanan yol

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusu üzrə hazırlanıb)

Azərbaycanın minilliklərə söykənən dövlətçilik tarixi, zəngin milli-mənəvi dəyərləri, elm və mədəniyyəti xalqımızın kimliyini müəyyənləşdirən əsas amillərdəndir. Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz əsrlər boyu formalaşdırdığı bu zəngin irsi qorumaqla yanaşı, onun dünya miqyasında tanıdılması istiqamətində də ardıcıl fəaliyyət göstərir.

Politoloq Tural İsmayılov Qaynarinfo-ya müsahibəsində bildirib ki, son illər milli-mədəni irsin qorunması və təbliği sahəsində həyata keçirilən dövlət proqramları, eləcə də müxtəlif layihələr mühüm nəticələr verib. O vurğulayıb ki, milli-mənəvi irsin qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olaraq qalır:

"Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam, xalçaçılıq, aşıq sənəti, kəlağayı və Novruz bayramı kimi milli dəyərlərimizin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verib. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra Şuşada Xarıbülbül Beynəlxalq Folklor Festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi, tarixi-mədəni abidələrin bərpası bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində təşkil olunan Azərbaycan mədəniyyəti günləri ölkəmizin mədəniyyətinin tanıdılmasına və sivilizasiyalararası dialoqun inkişafına xidmət edir. Bütün bunlar cəmiyyətdə milli dəyərlərə bağlılığın güclənməsinə də təsir göstərir".


Politoloq hesab edir ki, qloballaşma və rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə milli adət-ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində yeni yanaşmaların tətbiqi zəruridir. Onun sözlərinə görə, gənclərlə onların daha çox istifadə etdiyi platformalar üzərindən ünsiyyət qurmaq bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycanın zəngin mifologiyası, dastanları, o  cümlədən "Kitabi-Dədə Qorqud" motivləri əsasında kompüter oyunları, mobil tətbiqlər və animasiya layihələri hazırlanmalıdır. Sosial şəbəkələrdə milli  geyimlər, xalq sənəti nümunələri və regional mətbəx ənənələri müasir təqdimat formatında geniş auditoriyaya çatdırıla bilər".

Tural İsmayılov təhsil sahəsində də interaktiv yanaşmaların genişləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, məktəblilərin muzeylərə,  xalçaçılıq, misgərlik və dulusçuluq emalatxanalarına mütəmadi səfərlərinin təşkili onların milli irsə marağının artmasına töhfə verə bilər:

"Milli elementlərin gündəlik həyatda istifadəsi də  təşviq olunmalıdır. Müasir geyimlərdə buta, kəlağayı və xalça naxışlarından istifadənin genişləndirilməsi, milli suvenirlərin daha funksional və müasir formada istehsalı bu istiqamətdə mühüm rol oynaya bilər".

Ekspertin sözlərinə görə, ailə institutunun möhkəmləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Tural İsmayılov hesab edir ki, nənə-babaların xalq yaddaşını, nağılları, atalar sözlərini və adət-ənənələri gənc nəslə ötürməsini təşviq edən televiziya və sosial media layihələrinin artırılmasına ehtiyac var. Politoloqun fikrincə, milli irsin qorunması istiqamətində atılan addımlar Azərbaycanın tarixi və mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

"Bu irs təkcə keçmişimizin deyil, həm də gələcəyimizin mühüm dayaqlarından biridir. Onun qorunması və yaşadılması cəmiyyətin bütün  təbəqələrinin diqqət mərkəzində olmalıdır".

Bahar Rüstəmli


Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyun 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri