Icma.az
close
up
RU
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı ölkənin tranzit və strateji rolunu gücləndirəcək POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı ölkənin tranzit və strateji rolunu gücləndirəcək POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Şübhə yoxdur ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunması ölkəmizin regiondakı geosiyasi və geoiqtisadi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu, yalnız Azərbaycan üçün deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz arasındakı əlaqələrin dərinləşməsi üçün çox mühüm bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Prezidentin vurğuladığı ortaq tarixi-mədəni bağlılıq, Orta Dəhlizin strateji əhəmiyyəti, Zəngəzur dəhlizi, rəqəmsal və enerji kommunikasiya layihələri, gələcəkdə Azərbaycan və Mərkəzi Asiya arasındakı əməkdaşlığın çoxşaxəli və qarşılıqlı faydalı olmasına təkan verəcək: "Təbii ki, Orta Dəhliz və Zəngəzur dəhlizi, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrini yeni mərhələyə qaldıracaq. Orta Dəhliz, Xəzər dənizini, Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazilərini birləşdirərək Avropa ilə Asiya arasında mühüm bir nəqliyyat marşrutunu təşkil edir. Bu marşrut, Mərkəzi Asiyanın əmtəə və enerji resurslarını daha sürətli və təhlükəsiz şəkildə Avropaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi, həmçinin Ermənistan üzərindən yeni tranzit marşrutları yaradaraq, Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında olan əlaqələri daha da gücləndirəcək. Bu dəhlizlər, həm ticarət, həm də enerji mübadiləsi üçün yeni imkanlar yaradacaq və Azərbaycanı nəqliyyat və tranzit şəbəkəsinin mühüm mərkəzinə çevirəcək.
Prezidentin çıxışında qeyd olunan rəqəmsal və enerji kommunikasiya layihələri də Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının gələcəyini formalaşdırmaq baxımından mühüm önəm kəsb edir. Rəqəmsal infrastruktur və məlumat mübadiləsi sahəsində əməkdaşlıq, xüsusilə informasiya texnologiyaları və internet xidmətlərinin inkişafına, ticarət və biznes mühitinin asanlaşmasına, eləcə də qarşılıqlı investisiya axınlarının artırılmasına təkan verəcək. Eyni zamanda, Azərbaycanın enerji resursları və Mərkəzi Asiyanın zəngin enerji ehtiyatları, regionlar arasında enerji təhlükəsizliyi və mübadiləsi sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq.
Bu yeni əməkdaşlıq, Mərkəzi Asiya ilə Azərbaycanın birləşməsi, həmçinin Qafqaz, Orta Asiya və Avropa arasında strateji əlaqələrin dərinləşməsi, geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Azərbaycanın tranzit ölkəsi olaraq rolu, həm Qərbin, həm də Şərqin daha geniş bazarlara çıxışı üçün vacib olacaq. Həmçinin, bu əlaqələrin, Rusiyanın regiondakı təsirini azaldacağını da deyə bilərik, çünki Azərbaycan, Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə alternativ nəqliyyat və enerji marşrutları təqdim edir.
Odur ki, bu inteqrasiya, bir tərəfdən regional güc balansını dəyişdirəcək, digər tərəfdən, qlobal tranzit xəritəsində Azərbaycanın mərkəzi rolunu ön plana çıxaracaq. Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında kəsişmə nöqtəsi olması, onu qlobal enerji və ticarət marşrutlarında açar oyunçuya çevirir. Bu isə öz növbəsində yalnız regionda deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini daha da gücləndirəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri