Azərbaycanın məşhur içki və şirə nəhəngi kapitalını azaldır
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda tanınmış içki və qida məhsullarının istehsalçısı olan “MARS OVERSEAS BAKU LTD” MMC (VÖEN: 9900006521) nizamnamə kapitalını azaltdığını elan edib.
“Yeni Sabah” xəbər verir ki, şirkətin yaydığı məlumata görə, kreditorlar 1 (bir) ay müddətində öz tələbləri ilə bağlı AZ1153, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Cənub Hissəsi ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, MMC-nin hazırkı nizamnamə kapitalı 111 milyon 506 min 866 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramiz Qəhrəman Sadaylıdır. 1999-cu ildən fəaliyyət göstərən “Mars Overseas Baku” Azərbaycanda “PepsiCo” məhsullarının istehsalı və distribusiyası ilə məşğul olan şirkətlərdən biridir. Şirkət “Pepsi”, “7UP”, “Mirinda”, “Mountain Dew”, “Lay’s” kimi beynəlxalq brendlərlə yanaşı, “Jalə”, “Natura”, “Mia” və “I’M Tea” məhsullarının da istehsalı və satışı ilə məşğuldur. Şirkətin Qəbələ, Lənkəran və Qubada istehsal müəssisələri fəaliyyət göstərir. Dominos pizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Oktyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















