Icma.az
close
up
RU
Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır

Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Təxminən 4 ay əvvəl Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən barəsində cinayət işi açılan “Aqroinnova” MMC (VÖEN – 1403603241) nizamnamə kapitalını azaldır.
Yeniavaz.com
xəbər verir ki, hazırda 2 milyon 492 min 500 manat nizamnamə kapitalı olan “Aqroinnova” MMC kapitalının 360 min manat həcmində azaldığını elan edib.
Bildirilir ki, kreditorlar öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, Mirvari y/k, A bloku, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, ötən il noyabr ayının 1-də Baş Prokurorluq məlumat yayaraq ( https://genprosecutor.gov.az/az/post/8171) bildirib ki, ixrac əməliyyatları zamanı 1,6 milyon dollardan artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyi üçün “Aqroinnova” MMC barəsində cinayət işi açılıb.
Qeyd edək ki, “Aqroinnova” MMC 2 dekabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 60, mənzil 89-da yerləşir. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında “Aqroinnova” MMC-nin qanuni təmsilçisinin Sultanov Emil Rauf oğlu olduğu göstərilir. Sultanov Emil Rauf oğlu eyni zamanda “Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlərə rəhbərlik edir. Həmin ünvanda qeydiyyatda olan çoxsaylı şirkətlərin də “Gilan Holdinq”ə bağlı olduğu məlumdur. Bu ünvanda qeydiyyatda olan “Palace İnşaat” MMC-nin rəhbəri Ağayev Laçın Şirvan oğlu həm də “Gilan Satış” MMC-nin rəhbəridir.
Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar rəhbərlik edib.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:365
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri